Böyük Britaniya və 9 Avropa ölkəsi yeni hərbi dəniz birliyi yaradır
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Böyük Britaniya və daha 9 Avropa ölkəsi Şimali Avropada NATO qüvvələrini tamamlayacaq birgə hərbi-dəniz qüvvələrinin yaradılması barədə razılığa gəlib.
Milli.Az xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasının rəhbəri Qvin Cenkins məlumat verib.
O bildirib ki, yeni birlik şimal dəniz sərhədindən gələcək mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıyır.
Məlumata əsasən, birliyə Danimarka, Finlandiya, İslandiya, Norveç, Niderland, İsveç və Baltik ölkələri qoşulacaq. Tərəflər birgə hazırlıq və təlimlər keçirəcəklər.
Bildirilir ki, zərurət yaranacağı halda birgə qüvvələrin idarə olunması Böyük Britaniya Silahlı Qüvvələrinin qərargahından həyata keçiriləcək. ABŞ-ın bu birliyə daxil olmayacağı, Kanadanın iştirakı imkanının isə nəzərdən keçirildiyi qeyd olunub.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 30 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















