Böyük Britaniya yarım il ərzində Ukraynaya 85 mindən çox PUA göndərib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 oktyabr, AZƏRTAC
Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox hərbi təyinatlı pilotsuz uçuş aparatı (PUA) göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın hökumət saytında dərc olunmuş bəyanatda öz əksini tapıb. Bəyanatda qeyd olunur ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili bu barədə Ukraynanın müdafiəsi üzrə Əlaqələndirmə Qrupunun oktyabrın 15-də Brüsseldə keçiriləcək toplantısında məlumat verəcək. Nazir, həmçinin NATO üzrə müttəfiqlərinə müraciət edərək pilotsuz aparatların istehsalının artırılmasının vacibliyini vurğulayacaq.
Con Hili, eyni zamanda, 2024-cü il ərzində Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatlarının tədarükünü sürətləndirmək üçün Böyük Britaniyanın 600 milyon funt sterlinq sərmayə yatırdığını bildirib.
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya hərbi yardım göstərən Avropa dövlətlərinə ABŞ silahlarının və sursatlarının satışını nəzərdə tutan PURL təşəbbüsünə maliyyə dəstəyi ayırmağı təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















