Böyük Britaniya Yaxın Şərqdə evlərini tərk edən insanlara yardım ayırır
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 19 mart, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Yaxın Şərqdə davam edən münaqişə səbəbindən evlərini tərk edən yüz minlərlə insana həyati əhəmiyyətli dəstək göstərilməsi üçün yeni maliyyə paketi elan edib.
AZƏRTAC xəbər verir ki, regionda və ətraf ərazilərdə fəaliyyət göstərən humanitar təşkilatlara 15 milyon funt sterlinq ayrılacaq. Bu vəsait sürətlə pisləşən humanitar vəziyyətin aradan qaldırılmasına yönəldiləcək. Ayrılan maliyyənin yarısı Livana yönəldiləcək. Hazırda ölkədə təxminən 800 min nəfərin məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.
Paket çərçivəsində 3,5 milyon funt Livanda təcili humanitar ehtiyacların qarşılanmasına sərf olunacaq. 2 milyon funt Livan Qızıl Xaç Cəmiyyətinə ayrılaraq tibbi xidmətlərin göstərilməsi, yardım vasitələrinin təmin edilməsi və fövqəladə xidmətlərin fəaliyyətinin davam etdirilməsinə yönəldiləcək. 2 milyon funt isə Beynəlxalq Qızıl Xaç Komitəsinə ayrılacaq və bu vəsait zorakılıqdan qaçan insanlara təcili yardımın, o cümlədən tibbi dəstəyin göstərilməsinə sərf olunacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 19 Mart 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















