Böyük Britaniyada anti miqrant paylaşımları izləmək üçün xüsusi polis bölməsi yaradılır
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyada sosial şəbəkələrdəki anti-miqrant paylaşımları izləmək məqsədilə xüsusi polis bölməsi yaradılır.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu məqsədlə Milli Polis Əlaqələndirmə Mərkəzinin (NPoCC) nəzdində fəaliyyət göstərəcək Milli İnternet Kəşfiyyatı İstintaq Qrupu formalaşdırılır. Qrup Vestminsterdə yerləşəcək və İngiltərə ilə Uelsin müxtəlif bölgələrindən cəlb olunmuş təcrübəli polis əməkdaşlarından ibarət olacaq.
Yeni yaradılan bölmənin vəzifəsi sosial şəbəkələrdə mümkün vətəndaş qarşıdurmalarının ilkin əlamətlərini vaxtında müəyyən etmək və sosial media üzərindən toplanan məlumatları maksimum səviyyədə dəyərləndirmək olacaq. Bu addım ötən il baş verən iğtişaşların polis planlamasında mövcud boşluqları üzə çıxarmasından sonra atılıb.
Daxili İşlər Nazirliyi bildirib ki, bu addım yerli polis rəhbərlərinə onlayn təhdidlərə qarşı daha effektiv reaksiya vermək üçün milli səviyyədə dəstək verəcək.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif şəhərlərində sığınacaq axtaranların yerləşdirildiyi mehmanxanalar qarşısında etiraz aksiyaları təşkil olunur. Norviç, Lids və Bornmut şəhərlərində keçirilən aksiyalarda miqrasiya siyasətində dəyişikliklər tələb edilib. Yeni etirazların da keçiriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 27 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















