Böyük Britaniyada evdə partlayış olub, iki nəfər ölüb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın cənub-qərbində yerləşən Bristol şəhərində bir evdə baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib.
Sky Newsun məlumatına görə, polis hadisənin terrorla əlaqəli olmadığını bildirib.
Polis əlavə edib ki, Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin son dəyişikliklərini nəzərə alaraq ictimaiyyəti əmin etmək istəyirlər ki, bu hadisə terror aktı kimi qiymətləndirilmir. Araşdırma ilkin mərhələdədir və hazırda hadisə ilə bağlı başqa şübhəli şəxs axtarılmır, partlayıcı maddələr üzrə mütəxəssislər çalışır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ehtiyat tədbiri kimi yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ölüb
08 Dekabr 2024 23:51
Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ölüb AZƏRTAC
08 Dekabr 2024 17:06
Böyük Britaniyada “Bert” qasırğası nəticəsində 3 nəfər ölüb
24 Noyabr 2024 01:51
Böyük Britaniyada iki qatar toqquşub: 1 nəfər ölüb, 89 nəfər yaralanıb
20 İyun 2026 09:27
Baxış sayı:104
Bu xəbər 03 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















