Böyük Britaniyada miqrantların məskunlaşma hüququ üçün yeni tələblər irəli sürüləcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 29 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud Leyboristlər Partiyasının konfransındakı çıxışında ölkədə daimi məskunlaşma hüququ (indefinite leave to remain) əldə etmək istəyən miqrantlar üçün yeni şərtlər elan edəcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni təkliflərə əsasən, qanuni miqrantlar ingilis dilini yüksək səviyyədə bilməli, məhkumluğu olmamalı və yerli icmada könüllü fəaliyyət göstərməlidirlər. Bu şərtləri yerinə yetirənlərə daimi məskunlaşma statusu veriləcək. Hazırda miqrantlar beş ildən sonra bu məskunlaşma hüququna müraciət edə bilirlər. Lakin Leyboristlər Partiyası müddəti ikiqat artıraraq 10 ilə qaldırmağı planlaşdırır. Bu dəyişikliklər may ayında elan olunmuş miqrasiya planlarının bir hissəsidir.
Bildirilib ki, bu yanaşma partiyanın siyasətini Reform UK partiyasından fərqləndirir. Reform UK isə daimi məskunlaşma statusunu ləğv etməyi və bütün miqrantların hər beş ildən bir yenidən müraciət etməsini təklif edir. Leyboristlər isə bunun uzun illərdir ölkəyə töhfə verən minlərlə işçini evlərindən və ailələrindən ayıracağını vurğulayır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















