Icma.az
close
up
RU
Böyük Britaniyada təhlükəli VİRUS Azərbaycan üçün də siqnal ola bilərmi?

Böyük Britaniyada təhlükəli VİRUS Azərbaycan üçün də siqnal ola bilərmi?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə “meningokok” infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub. Belə ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.

Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.

Bəs “meningokok” infeksiyası ilə bağlı İngiltərədə yayılan bu xəbərlər real epidemioloji təhlükənin başlanğıcıdırmı?

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, “meningokok” bakteriyaları olduqca təhlükəli mikroorqanizmlər hesab olunur və onların təhlükəliliyi əsasən beyin qişalarının iltihabına səbəb olması ilə bağlıdır:

"Bu isə bizim meningit kimi tanıdığımız ağır xəstəliyin yaranmasına gətirib çıxarır. Məlumdur ki, meningit həyati təhlükəsi yüksək olan xəstəliklərdən biridir.

Xəstəlik adətən hərarət və yüksək qızdırma ilə başlayır. Bununla yanaşı, güclü baş ağrıları, boyun nahiyəsində rigidlik (gərginlik) müşahidə olunur. Daha sonra isə xəstənin davranışında və şüurunda dəyişikliklər baş verir. Xəstəlik getdikcə dərinləşir və vaxtında diaqnoz qoyulmasa, müalicəyə başlanmasa, bu hal xəstə üçün ciddi həyati təhlükəyə çevrilir.

Ümumiyyətlə, “meningokok” infeksiyasının kütləvi yayılması mümkündürmü sualı aktuallıq daşıyır. Qeyd olunur ki, Böyük Britaniyada artıq bir neçə belə hal qeydə alınıb. Lakin qeyd etmək lazımdır ki, “meningokok” bakteriyaları, əslində, hər zaman mövcud olub. Bu bakteriyalar normal hallarda da insanların burun-udlaq sistemində yaşaya bilir.

Bəs niyə bu bakteriyalar mövcud olduğu halda hər kəs yoluxmur və ya hər dəfə meningit kimi ağır xəstəlik yaranmır? Bunun əsas səbəbi orqanizmin müdafiə potensialının güclü olmasıdır. Tənəffüs sistemində yerləşən immun mexanizmlər infeksiyaları zərərsizləşdirərək onların xəstəlik törətməsinin qarşısını alır.

İnfeksiyaya yoluxma əsasən o zaman baş verir ki, orqanizmin müdafiə sistemi zəifləyir. Digər mühüm amil isə bakteriyanın virulentliyinin, yəni xəstəlik törətmə qabiliyyətinin dəyişməsidir. Virulentliyin artması bakteriyanın orqanizmin təbii baryerlərini daha asan keçməsinə səbəb olur. Bu zaman bakteriya müdafiə mexanizmlərini aşaraq yoluxma yarada bilir və infeksiyanın yayılma riski artır.

Hazırda Böyük Britaniyada müşahidə olunan halların səbəbi də müxtəlif ehtimallarla izah edilir: bu, insanların immunitetinin zəifləməsi ilə bağlı ola bilər, təsadüfi artım ola bilər və ya bakteriyanın mutasiyaya uğrayaraq daha təhlükəli forma qazanması ilə əlaqəli ola bilər. Belə dəyişikliklər bakteriyanın insan orqanizminin təbii müdafiə baryerlərini daha asan keçməsinə şərait yarada bilər.

Hər halda, bizdən asılı olan əsas məsələ vəziyyəti dinamik və diqqətli şəkildə izləməkdir".

Mütəxəssis qeyd edib ki, ilk növbədə orqanizmin müdafiə qabiliyyətinin gücləndirilməsi vacibdir:

"Bunun üçün təmiz havada olmaq, fiziki aktivlik, vitaminlərlə zəngin qidalanma, gigiyena qaydalarına ciddi əməl etmək böyük əhəmiyyət daşıyır. COVID-19 pandemiyası dövründə qazandığımız gigiyena vərdişlərindən də aktiv şəkildə istifadə edilməlidir.

Bununla yanaşı, elmi tədqiqat mərkəzləri və tibb müəssisələrinin üzərinə də mühüm vəzifə düşür. Yeni bakteriya ştammlarının araşdırılması, onların xüsusiyyətlərinin öyrənilməsi və lazım gəldikdə yeni müalicə üsullarının hazırlanması vacibdir. Çünki mümkündür ki, bakteriyanın xüsusiyyətləri dəyişmiş olsun və bu da yeni preparatlara ehtiyac yaratsın.

Ümid edilir ki, bu problem qlobal təhlükəyə çevrilməz. Lakin hər bir halda cəmiyyətin məlumatlı olması və profilaktik tədbirlərə əməl etməsi belə risklərin qarşısını almaqda əsas rol oynayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Mart 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri