Böyük Britaniyanın Azərbaycana təyin etdiyi yeni səfir kimdir? DOSYE
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Azərbaycana yeni təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Dunkan Norman Fergus Auldu bu ilin mayında əvəz edəcək.
Moderator.az Dunkan Normanın dosyesini təqdim edir.
Dunkan Norman uzun illər diplomatik sahədə müxtəlif rəhbər vəzifələrdə çalışıb və geniş beynəlxalq təcrübəyə malikdir.
O, diplomatik fəaliyyətinə 1990-cu ildə başlayıb. 2016-21-ci illərdə ölkəsinin Albaniyadakı səfiri, Banqladeş və Ermənistanda isə səfir müavini vəzifələrində çalışıb. Həmçinin diplomat 2021-22-ci illərdə Böyük Britaniyanın Daxili İşlər Nazirliyində fəaliyyət göstərib.
Dunkan Norman 2022-23-cü illərdə Xarici İşlər, Birlik və İnkişaf Ofisində Ukraynanın Bərpası şöbəsinin direktor müavini, 2023-24-cü illərdə Milli Təhlükəsizlik Katibliyində Birgə Fondlar şöbəsinin direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, yeni səfirin təyinatı Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Baxış sayı:215
Bu xəbər 02 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















