Icma.az
close
up
RU
Böyük Britaniyanın hava marşrutları yenidən qurulur

Böyük Britaniyanın hava marşrutları yenidən qurulur

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 2 iyun, AZƏRTAC

Böyük Britaniya hökuməti ölkənin hava marşurutlarının yenidən qurulmasını sürətləndirməyi planlaşdırır

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti bu gün Böyük Britaniya Hava Məkanı Dizayn Xidmətinin (UKADS) yaradılacağını elan edəcək. Bu yeni qurumun yaradılması ilə uçuşların daha sürətli və gecikmələrin daha az olması hədəflənir. Hökumət bildirir ki, UKADS bu ilin sonunadək tam fəaliyyətə başlayacaq. Yeni qurum ölkənin hava məkanında təyyarələrin izlədiyi marşrutları yenidən tərtib edəcək. Hazırkı marşrutların əksəriyyəti təxminən 70 il əvvəl, 1950-ci illərdə müəyyənləşdirilib.

İlkin mərhələdə dəyişikliklər Londonda və onun ətrafında yerləşən mürəkkəb hava məkanının modernləşdirilməsinə yönələcək. Lakin bu dəyişikliklərin tətbiqi bir neçə ildən sonra gözlənilir. Kent, Surrey və Sussex bölgələrində fəaliyyət göstərən “CAGNE” adlı ətraf mühit və aviasiya qrupunun xəbərdarlığına görə, yeni uçuş marşrutları hazırda səs-küydən təsirlənməyən yaşayış sahələrinin üzərindən keçə bilər.

Nazirlər bildirirlər ki, yeni planlar təyyarələrin havaya qalxarkən daha sürətlə yüksəlməsinə və eniş zamanı daha rahat hərəkət etməsinə imkan verəcək. Həmçinin, bu dəyişikliklər aviasiyanın iqlim dəyişikliklərinə təsirini azaltmaq və uçan taksi kimi yeni texnologiyalar üçün şərait yaratmaq məqsədi daşıyır. Aviasiya naziri Mayk Keyn hava məkanının modernləşdirilməsinin uçuşlardan qaynaqlanan çirklənməni azaltmağın ən sadə yollarından biri olduğunu deyib.

Bu dəyişikliklər 1950-ci illərdə yaradıldıqdan bəri Britaniya hava məkanının ən böyük yenidən dizaynını təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə ildə təxminən 200 min uçuş həyata keçirilirdi, ötən il isə bu rəqəm 2.7 milyona çatıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri