Böyük Britaniyanın məşhur şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu il aprelin 1-dən “Sony Interactive Entertainment Network Europe Limited” şirkətinin Azərbaycanda ƏDV məqsədli qeydiyyatı qüvvəyə minib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, şirkət elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində qurumun portalında vergi uçotuna alınıb.
Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
“Sony Interactive Entertainment Network Europe Limited” video oyun sənayesi və rəqəmsal əyləncə xidmətləri sahəsində, eləcə də rəqəmsal məzmun və oyunların lisenziyalaşdırılması və satışı üzrə fəaliyyət göstərən beynəlxalq şirkətdir, Böyük Britaniyada qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.
Bundan əvvəl “Apple Distribution International Limited” və “Adobe Systems Software Ireland Limited” şirkətləri də ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















