Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası ilə görüş keçirilib
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) nümayəndə heyəti ilə görüş keçirilib. Səfər “Sərhədsiz Vergi Müfəttişləri” layihəsi çərçivəsində baş tutub.
XQ xəbər verir ki, DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən təşkil olunmuş görüşdə yerli vergi orqanlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi və nəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinə uyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergi məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“Sərhədsiz Vergi Müfəttişləri” layihəsi vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyi təcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcıl metodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası və beynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktik fəaliyyətlər həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















