Böyük Britaniyaya qanunsuz keçən miqrantların deportasiyası başlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 7 avqust, AZƏRTAC
La-Manş boğazını qanunsuz keçərək Böyük Britaniyaya daxil olan ilk miqrantlar London və Paris arasında əldə edilmiş yeni deportasiya razılaşması çərçivəsində saxlanılıblar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, avqustun 6-da qüvvəyə minmiş pilot layihə çərçivəsində miqrantlar Dover limanında Böyük Britaniyanın Sərhəd Xidməti tərəfindən tutulublar.Bu ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saxlanılan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və daha sonra Fransaya deportasiya olunacaqlar.Daxili işlər naziri İvet Kuper saxlanılanların dəqiq sayını açıqlamayıb, lakin onların deportasiyasına qarşı irəli sürüləcək mümkün hüquqi iddialara qarşı mübarizəyə hazır olduqlarını vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















