Böyük Dəbilqə: millinin heyəti bilindi
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yarışda 11 çəki dərəcəsində 16 idmançı (12 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisionova
Kişilər
-60 kq
Murad Muradlı
Babarəhim Mirzəyev
-66 kq
Rəşad Yelkiyev
Nizami İmranov
-73 kq
Kamran Süleymanov
Rəşid Məmmədəliyev
-81 kq
Hidayət Heydərov
Vüsal Qələndərzadə
-90 kq
Vüqar Talıbov
-100 kq
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Baxış sayı:64
Bu xəbər 09 Sentyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















