“Böyük Dəbilqə” turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu gün Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində 1/32 final mərhələsində Kamran Süleymanov yaponiyalı Şusuke Uçimura ilə üz-üzə gələcək. 81 kq-da isə 1/16 finalda Ömər Rəcəbli rumıniyalı Adrian Sulka ilə qarşılaşacaq.
Qadınların mübarizəsində 63 kq çəki dərəcəsində 1/16 finalda Fidan Əlizadə özbəkistanlı Sevinç İsokova ilə tatamiyə çıxacaq. 70 kq-da isə Südabə Ağayeva 1/16 final mərhələsində rusiyalı Kamila Badurova ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:Böyük Dəbilqə : Azərbaycanın daha beş cüdoçusu tatamiyə çıxacaq
29 Avqust 2026 10:36
Rəşid Məmmədəliyev və Südabə Ağayeva “Böyük Dəbilqə” turnirində tatamiyə çıxacaq
09 May 2026 09:34
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqə də medal görüşünə çıxacaq
14 Fevral 2025 16:04
Azərbaycanın 11 cüdoçusu Astanada “Böyük Dəbilqə” turnirində iştirak edəcək
06 May 2026 10:43
Bu gün beş cüdoçumuz Böyük Dəbilqə də tatamiyə çıxacaq
08 Fevral 2026 12:04
Baxış sayı:152
Bu xəbər 28 Fevral 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















