“Böyük dələduzlar dəstəsi əmələ gəlib” Sabiq nazir + VİDEO
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu qədər subsidiya verilir, bəs hanı taxıl”?
“Bu qədər taxıla subsidiya verilir. Hanı taxıl?”.
“AzPolitika” xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov “PrimeTV”-nin efirində deyib.
Sabiq nazir iddia edib ki, Kənd Təsərrüfatı Nazirliyinin elektron qaydada ayırdığı subsidiyalar bir qrup dələduzların əli ilə mənimsənilir.
O hesab edir ki, dövlətin ayırdığı bu vəsaitlər bəzən quru torpaqlara rəsmiləşdirilərək silinir: “Məlumatım var ki, bu subsidiyaları quru torpaqlara yazıb silirlər. Əsasən də böyük torpaq sahələrinə verdirilir”.
Nazir iddia edib ki, bu işlə məşğul olan “böyük dələduzlar dəstəsi əmələ gəlib”.
Bütün bunlar da sonda ölkənin taxıl ehtiyatlarının böyük hissəsinin daxili istehsalla deyil, xaricdən idxalla təmin edilməsinə gətirib çıxarır.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 21 Sentyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















