Icma.az
close
up
RU
“Böyük dövlətlərlə apardığımız işi gücləndirməliyik” Qüdrət Həsənquliyev

“Böyük dövlətlərlə apardığımız işi gücləndirməliyik” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

Qüdrət bəy, Ermənistanla sülh sazişinin mətninin razılaşdırılması barədə xəbəri necə qarşıladınız? Tezliklə sülh sazişi imzalana bilərmi?

- Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh sazişinə dair tələblərini Ermənistanın qəbul etməsi böyük diplomatik uğurdur. Bu məsələdə Prezidentin güclü siyasi iradəsi və Ermənistana göstərdiyi təzyiqlər öz rolunu oynadı. Sülh sazişinin imzalanması, yaşadığımız regionun inkişafı üçün bölgədə maraqları olan böyük dövlətlərin də bunu istəməsi lazımdır. Əks halda sülh və regionda sabitlik davamlı ola bilməz. Ona görə də biz böyük dövlətlərlə bu istiqamətdə apardığımız işi gücləndirməliyik. Sülh sazişi imzalanandan və müəyyən islahatlar aparılandan sonra biz iqtisadiyyatımıza böyük sərmayə qoyuluşuna nail ola bilərik. Sülh sazişinin nə zaman imzalanması yalnız bizdən asılı olan məsələ deyil. Daxildə bu və ya digər problemlərin həllinə dair fərqli baxışlar ola bilər. Amma ümummilli məsələlərdə bir-birimizə, xüsusilə xalqın dövləti təmsil etmək üçün mandat verdiyi, Qarabağın işğalına son qoyub dövlət suverenliyini bərpa edən Prezidentə güvənməliyik. Bizim bilmədiyimiz çoxlu məsələlər var. Azərbaycan təbii müttəfiqləri və zamanın sınağından çıxmış dostları ilə məsləhətləşmələr aparır, doğru zamanda Prezident sülh sazişini imzalayacaq.

- Qüdrət bəy, Putinlə Tramp arasında baş tutmuş telefon danışıqlarını necə qiymətləndirirsiniz?

- Dəfələrlə demişəm ki, Tramp Putinə rəğbət bəsləyən, gücə və zənginliyə sitayiş edən adamdır. O, öz xalqına bunu o cür təqdim etməyə çalışır ki, beynəlxalq sülh və təhlükəsizlik üçün dünyanın iki böyük nüvə gücü arasında dialoq və əməkdaşlıq olmalıdır, beynəlxalq hüquq normaları, qanunlar isə güclülərə aid deyil. Tramp Zelenskiyə və Avropa liderlərinə seçkilərdə ona dəstək olmadıqları üçün nifrət edir və onları qorxu altında saxlayıb “quzuya çevirmək” üçün Rusiyaya bacardığı səviyyədə dəstək olacaq. Rusiyanın nüfuzunun qaldırılması üçün qonşulara və müttəfiqlərinə qarşı ərazi iddiası ilə çıxış edir, onlara ticarət müharibəsi elan edir. Ancaq bunu elə səviyyədə etməyə çalışır ki, ABŞ xalqı ona qarşı qiyam qaldırmasın. Müsahibələrimin birində qeyd etmişdim ki, Ukraynanı bir dövlət kimi yalnız ABŞ xalqı Trampa təzyiq etməklə xilas edə bilər. Amma ən yaxşı ssenarilərdə belə Ukrayna böyük torpaq itkiləri ilə üzləşəcək. ABŞ isə etibarsız dövlət imicini bir az da gücləndirəcək və süqutunu yaxınlaşdıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see282

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see175

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see149

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see149

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see138

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see127

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see123

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see122

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see119

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri