Icma.az
close
up
RU
“Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb” Qüdrət Həsənquliyev

“Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb” Qüdrət Həsənquliyev

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Moderator.az ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Teleqrafa müsahibəsini təqdim edir:

- Ramiz Mehdiyev barədə ev həbsi qətimkan tədbiri seçilib. O, dövlətə qarşı cinayətlər törətməkdə ittiham olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Ramiz Mehdiyevə hansı maddələrlə ittiham elan olunduğunu bilsək də, istintaq orqanı tərəfindən onun kimlərlə və hansı dövlətlə, yaxud dövlətlərlə, kimlərin vasitəsilə cinayət əlaqəsi yaratması barədə məlumatlar verilməyib. Adnan Əhmədzadə işində olduğu kimi, hamı ehtimallar üzərində danışır. Onu da bilmirik ki, bu iki cinayət işi arasında əlaqə varmı. Bir onu deyə bilərəm ki, kifayət qədər əsaslar olmasa, dövlətdə uzun illər çox yüksək vəzifə tutmuş, dövlətin ali ordeni ilə təltif olunmuş bir şəxs barəsində cinayət işi başlanılmaz və məhkəmə ev dustaqlığı barədə qərar qəbul etməzdi. Ahıl yaşında olmasaydı, yəqin ki,həbs qətimkan tədbiri seçilərdi. İstintaq təcrübəsi göstərir ki, ibtidai araşdırmalar zamanı hansısa maddələr götürülə bilər, yaxud əlavə ittihamlar irəli sürülə bilər. İbtidai istintaqın sonunu və məhkəmə qərarlarını gözləməliyik.

- 87 yaşında və səhhətində ciddi problemlərin olduğu açıq-aydın sezilən bir şəxsin antikonstitusion yolla hakimiyyəti ələ keçirmək cəhdi bəzi adamlarda müəyyən şübhələr yaradır. Siz nə düşünürsünüz?

- İtaliyan yazıçı Primo Levinin "Batanlar və xilas olanlar" əsərində aforizmə çevrilmiş belə bir ifadə var. "Hakimiyyət uyuşdurucu kimidir, onu sınamayan bilməz. O asılılıq yaradır və hər dəfə daha yüksək doza tələb edir". Ona görə onun hakimiyyətə gəlmək istəyib- istəməməsi barədə qəti fikir söyləmək olmaz. O qisas almaq motivi ilə hakimiyyətə can atan başqa birisinə kömək məqsədilə də bunu edə bilər və s. Cinayətin motivini istintaq orqanı müəyyənləşdirməlidir.

- Ramiz Mehdiyev çoxdan vəzifəsindən uzaqlaşdırılıb, niyə indi belə bir fikrə düşsün?

- İstintaq orqanının irəli sürdüyü ittihamlar məhkəmədə öz təsdiqini taparsa, bu Rusiya ilə aramızda yaranmış gərginlikdən qaynaqlana bilər. Kimlərsə düşünə bilərdi ki, hakimiyyət dəyişikliyi üçün əlverişli məqam yaranıb. Hər halda, ağla gələn ilk fərziyyə budur. Xatırlayırsınızsa, 2013-cü ilin prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov Moskvadan Bakıya göndərildi. Onun liderliyi ilə Ziyalılar İttifaqı, Milli Şura yaradıldı. Mili Şura Putinə müraciət etdi ki, böyük demokrat və hüquqi dövlət quran şəxs kimi Azərbaycanda da hüquqi dövlət quruculuğuna yardımçı olsun, İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin ki, o Azərbaycanda prezidentliyə namizəd ola bilsin. Sonralar İbrahimbəyov ondan Azərbaycana təzyiq kimi istifadə olunduğunu başa düşdü və yəqin ki, xəcalətindən, başqa bir şeydən yox, bir neçə il sonra dünyasını dəyişdi, sirləri də özü ilə apardı.Tarix göstərir ki, o heç nə öyrətmir. Ona görə hadisələr təkrarlana bilər. Amma bütün bunlar ehtimallardı, son sözü istintaq orqanı deyəcək.

- Sərdar Cəlaloğlunun İsa Qəmbər və Pənah Hüseynlə görüşü bir xeyli müzakirə mövzusu oldu. Bu barədə fikir bildirmək istəyirsinizmi?

- Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri