Icma.az
close
up
RU
Böyük İsrail , yoxsa real İsrail?..

Böyük İsrail , yoxsa real İsrail?..

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlk baxışda belə təəssürat yaranır və elə özləri də belə iddia edirlər ki, Netanyahu hökumətinin məqsədi fələstinlilərin, ümumiyyətlə, Yaxın Şərqin terror şəbəkəsinə son qoymaqdır. 

Elə Qətərə qarşı son hücumları da bu qəbildən olan "zəruri tədbirlər” kimi yozmaq olar, çünki ən azı yazılanlara və deyilənlərə görə, Doha son illərdə terrorçu təşkilatlarla çox yaxınlaşıb və hətta buna görə onun digər ərəb dövlətlərilə münasibətləri tamam soyuyub. 

Ona görə ki, terrorçular ərəb monarxiyalarının özləri üçün də ciddi təhlükədir, onların arxasında şiə İranı kimi bir dövlət dayanır və s.və i.a. 

Əlbəttə, bu, heç də o demək deyil ki, sünnilərin özlərinin arasında radikal-terrorçu cərəyanlar yoxdur, sözsüz ki, var və burada təəccüblü bir şey yoxdur: din bir yana, dünyada nə qədər ideoloji cərəyan varsa, onun radikalları da var, mötədlilləri də! 

İsrailin özünün də yaranması ərəfəsində onun qurucusu və ilk hökumət başçısı Ben-Qurion da bəzi radikal yəhudi siyasi cərəyanlarını və təşkilatarını neytrallaşdırmalı olmuşdu. Kiçik haşiyə kimi qeyd edək ki, bu adam çox güclü siyasətçi olub. 

Bir zarafatyana qeyd edim burada. Yazırlar ki, İsrailin ilk prezidenti Veysman yalnız səlahiyyətlərinin icrasına başlayandan sonra anlayıb ki, Ben-Qurion, bizim dildə desək, buna möhkəmcə atıb...

Qayıdaq Netanyahu hökumətinə və indiki İsrailə. Hələ ötən illərdə dəfələrlə qeyd etmişik ki, bu adama simpatiyamız yoxdur, çünki bizə elə gəlir, Qəzzadakı müharibə, necə deyərlər, onun qanının arasına girdi, bəlkə də günü məhkəmələrdə keçəcəkdi, hələ sonrasını demirik!.. 

Qəzzadakı savaşa gəldikdə isə, haqq-həqiqət nə İsrailin tərəfindədir, nə də HƏMAS-ın. Və təsadüfi deyil ki, Beynəlxalq Cinayət Məhkəməsi də həm Netanyahu, həm də HƏMAS-ın lideri haqqında qərar verdi. 

İndinin özündə Qərb dövlətləri bütünlüklə İsrailin, daha doğrusu, baş nazir Netanyahunun tərəfini tutmur.

Heç tuta da bilməz, çünki İsrail hökumətinin Qəzzada apardığı müharibədə elementar humanitar haqlar, müharibə dövründə mülki əhali ilə davranış qaydaları haqqında Cenevrə konvensiyaları pozulur, dinc insanlar, hətta uşaqlar həlak olur. 

Netanyahu Qəzza əhalisindən, hətta digər ölkələrdə məskunlaşan fələstinlilərdən HƏMAS-dan imtina etməyi tələb edir. Olsun! Amma Qəzzadakı fələstinlilərin məgər hamısı əlinə silah götürüb HƏMAS-ın tərəfində vuruşur? 

Deyilənə görə, heç də hamı HƏMAS-ı dəstəkləmir və hətta söyləninənlərə inansaq, Fələstin Adminstrasiyasının özü ilə HƏMAS arasında soyuq küləklər əsir. 

Bəli, Qəzza əhalisi vaxtında HƏMAS-a səs verib. Amma onlara qarşı indiki İsrail hökumətinin münasibətini bilirsiniz, nəylə müqayisə etmək olar? 

İkinci dünya müharibəsi ərəfəsində də almanlar Adolf Hitlerə səs vermişdi – bəli, bu adam da seçki yolu ilə hakimiyyətə gəlmişdi! Baş nazir Netanyahunun "məntiq”inə görə müttəfiq ölkələr (SSRİ, ABŞ və Britaniya) gərək buna görə bütün almanları qıraydı, ya da məhkəməyə çəkəydi ki, bəs mövqeyinizi bildirin...

Vəziyyət çox mürəkkəbdir. Düzdür, Qəzza müharibəsi davam edən dövrdə Fələstin Administrasiyasına bircə güllə atılmayıb və bu da onu deməyə əsas verir ki, İsrail hökumətinin işi terrorçularladır. Amma qaranlıq məqamlar da az deyil. 

Birincisi, Qəzza əhalisi niyə köçürülür? Bu, təkcə Qəzzanı bərpa etmək üçün lazımdır, yoxsa başqa məqsəd da var burada? 

İkincisi, Fələstini bildik, bəs Suriyada nə problemi var Netanyahu hökumətinin? Yoxsa onlar da "böyük İsrail” sevdasına düşüblər? Başa düşürük, dünyada nə qədər dövlət varsa, onların adlarının əvvəlinə "böyük” sözünü yapışdırmaq istəyənlər də var. Belə ortodoks yəhudilər də az deyil, üstəgəl, "böyük İsrail” yəhudilərin çoxu üçün həm də dini-mistik ideya və hətta hədəfdir; onlar bunun baş tutacağı məqamı Yer üzündə ali, İlahi nizamın bərqərar olacağı gün kimi başa düşürlər. Bəlkə buna görə Colan təpələri İsrail hökumətinə az görünür? 

Üçüncüsü, bəli, Təl-Əvivin Tehranla problemlərini tamam başa düşürük, çünki İsrailə qarşı ən radikal münasibətin başında indiki İran rejimi dayanır. Olsun! Amma neçə illərdir ki, İsarilin hərəkətlərində Türkiyəni də sıxışdırmaq meyilləri duyulur. Amma gərək bunu etməsinlər, çünki gərək geopolitikadan tamam piyada olasan ki, bir regional tendensiyanı sezməyəsən: bu regionda türk faktoru getdikcə güclənəcək! Hətta İran da nə vaxtsa yenidən türk dövləti olacaq!.. 

Ona görə də Təl-Əvivin də "beyin mərkəzləri” (daha çox ortodoks iudaizim mərkəzləri!) bir dəfə "böyük İsrail” haqqında fikirləşəndə, iki dəfə də real İsrail haqqında düşünsünlər...

Hüseynbala Səlimov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri