Böyük itkilər: Rusiya tankları yük maşınları ilə əvəz edir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kurskdakı rus qoşunları hərbi texnikada böyük itkilər səbəbindən zirehli tanklardan və PDM-lərdən yük maşınlarına keçməyə məcbur olur və bu, Ukrayna ordusu üçün yeni imkanlar açır.
Axar.az xəbər verir ki, bunu “Forbes” nəşrinin analitiki Devid Eks deyib.
“Təxmini hesablamalara görə, avqustun 6-dan noyabrın 26-dək ruslar Kurskda 364 ağır texnika - əsasən tanklar və PDM-lər itiriblər. Ruslar artıq Kursk vilayətində itirilən yüzlərlə maşını yeni, daha az zirehli maşınlarla əvəz etməyə çalışırlar”, - analitik bildirib.
Onun sözlərinə görə, Rusiyada köhnə texnikaların ehtiyatları tükənir və sanksiyalar yeni istehsala mənfi təsir göstərir. Buna görə də, Rusiya zavodları mürəkkəb tırtıllı texnikalardan daha sadə, təkərli nəqliyyat vasitələrinin istehsalına keçirlər.
“Ukrayna ordusu üçün pis xəbər odur ki, Rusiyanın texnikaları heç vaxt bitməyəcək, yaxşı xəbər isə odur ki, yeni texnikalar daha yüngüldür”, - Eks qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Dekabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















