Icma.az
close
up
RU
Böyük layihələr yaxınlaşır, risklərə qarşı hər an hazır olmalıyıq Azər Badamov

Böyük layihələr yaxınlaşır, risklərə qarşı hər an hazır olmalıyıq Azər Badamov

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin təminatı üçün konstruktiv addımlar atır və regionda qarşılıqlı inam və tərəfdaşlıq əsasında yeni əməkdaşlıq formatının qurulmasını əsas hədəf hesab edir.

Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün atdığı konstruktiv addımların region iqtisadiyyatına və beynəlxalq ticarət əlaqələrinə hansı təsirləri ola bilər? Bu əməkdaşlıq formatlarının ölkəmizin iqtisadi inkişafına faydası nə dərəcədədir?

Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov bildirdi ki, dünyanın müxtəlif regionlarında gedən müharibələr, dövlətlər arasındakı sərhəd toqquşmaları və bir çox digər qaynar nöqtələr ticarət və investisiyanın ölkələr və bölgələr arasında sülh və sabitliyə necə təsir göstərdiyini daha dərindən başa düşməyə çağırır:

"Bu baxımdan, ticarətlə məşğul olan ölkələrin müharibəyə getmə ehtimalının daha az olduğu anlayışı yenidən nəzərdən keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə proaktiv siyasət yürüdür və yeni yanaşmalar ortaya qoyur. Dövlətimizin başçısı elə bir siyasət icra edir ki, bu siyasət nəinki Azərbaycanı, bütövlükdə regionu müharibələrin və münaqişələrin risklərindən qoruyur. Bütün bu addımlar bir-biri ilə ticarət edən dövlətlərin qarşılıqlı faydalı qazancını itirməməsi prinsipi üzərində qurulur ki, nəticədə müharibəyə getmə ehtimalı azalır. Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları müharibə, münaqişə və risklərdən uzaq olan ticarət və investisiya ilə sülh və sabitlik arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün çərçivə təqdim edir. Bu çərçivə praqmatik siyasət və yanaşma tələb edir".

Millət vəkili əlavə etdi ki, İlham Əliyev sadəcə indiki nəsli əhatə edən siyasətin icraçısı qismində deyil, siyasət qurucusu olaraq gələcək nəsillər üçün risklərdən uzaq, məqsədyönlü və iqtisadi gəlirlərlə dolu tədbirlər təklif edir:

"Məsələ həm də ondan ibarətdir ki, dünyada bir neçə ildir davam edən qeyri-sabitlik, etibarsızlıq və yüksək inflyasiyadan sonra insanlar proqnozlaşdırıla bilənliyə və firavanlığa diqqət yetirməyi tələb edirlər. Məhz bu tələblərə müsbət cavab verə bilən siyasətçilər etimad qazanır və siyasi arenada söz sahibi olurlar. Azərbaycan Prezidenti İlham Əliyev məhz belə siyasətçilərdən biridir. Heç bir investor qütbləşən və gözlənilməz ssenarilərlə üzləşmək istəmir. Əgər eyni regionda dövlətlər arasında geosiyasi sürtüşmələr artırsa, bu, iqtisadi əlaqələri parçalamaq riski yaradır. Mürəkkəb pozuntular bazarları narahat edir. Odur ki, sülh və sabitlik təmin edilən sərhədlər investorlar üçün proqnozlaşdırıla bilən və qaydalara əsaslanan nizam yaradır. Prezidentimiz bu amilləri təmin etməklə investorların diqqətini regionumuza cəlb edir. Digər tərəfdən geosiyasi risklər enerji təchizatını da təhdid edir. Riskli iqlim keçidi fonunda əlverişli və etibarlı enerji təminatı zəruridir".

Müsahibimizin fikrincə, Azərbaycan iqtisadi artımı stimullaşdırmaq üçün vergi yükündən azad olunma və hesabatlılıq yükünün azaldılması prinsiplərini tətbiq edir, kənar qüvvələrin diktəsindən uzaq olmaq, dövlət borcunu idarə etmək və xərcləmə səmərəliliyini təmin etmək imkanları yaradır:

"Bu məntiqi ilə dövlət başçımız Cənubi Qafqazı dar düşüncələrdən deyil, enli dəhlizlərin qoynuna açır. Bu dəhlizlər Cənubi Qafqazdan keçərək Mərkəzi Asiyaya, Yaxın Şərqə və Avropaya qədər uzanır və yeni əməkdaşlıq perspektivləri vəd edir. Bütün bu iqtisadi arzulara çatmaq üçün təhlükəsizlik orqanlarının ciddi və müştərək fəaliyyəti vacibdir. Bu reallığı nəzərə alan Azərbaycan Bakı Təhlükəsizlik Forumuna ev sahibliyi edir. Bu sadə bir ev sahibliyi deyil; riskləri düzgün qiymətləndirən Azərbaycan həm də sahənin birgə fəaliyyətinə yön verir.

Böyük layihələr qapının kəndarında bizi gözləyir. Risklərlə dolu belə reallıqda istənilən an baş verə biləcək istənilməyən ssenarilərə hazır olmalıyıq. Kövrək sülhün pozulması riski qalır, daxili təxribatçı qüvvələr və xarici agentlər isə dayanıqlı sülhə mane olmağa çalışır. Bu baxımdan xüsusi xidmət orqanları və təhlükəsizlik qurumlarının üzərinə böyük vəzifələr düşür. Ötən dövrdə bu qurumların həyata keçirdiyi uğurlu əməliyyatlar göstərir ki, Azərbaycanda təhlükəsizlik sahəsi kifayət qədər peşəkardır və atılan addımlar yalnız ölkəmizi deyil, bütövlükdə regionumuzu risklərdən qoruyur", - deyə Azər Badamov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri