Böyük müharibədə təhlükəli taktika: İtkilər var, onu gözləyirlər
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ vətəndaşları arasında noyabrın 25-də keçirilən sorğuda əhalinin əksəriyyəti Ukraynaya yardımın əleyhinə olduğunu bildirib. Yerli KİV respondentlərin sadəcə bir qisminin bunu dəstəklədiyini qeyd edib.
Sorğunun Donald Trampın prezident seçkilərində qələbəsindən sonra keçirilməsi diqqət çəkib. Bundan öncə isə ABŞ-ın hazırkı Prezidenti Co Bayden Kiyevə 35 milyon dollar məbləğində əlavə maliyyə yardımının verilməsinin zəruri olduğunu açıqlayıb.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ-da prezident seçkilərindən sonra müxtəlif fikirlər səsləndirilir:
“Sadə amerikalıların Ukraynaya yardımın əleyhinədir. Çünki iki ildən çox vaxt keçməsinə baxmayaraq Kiyev müharibədə ciddi uğur əldə edə bilməyib. Əvəzində isə ABŞ və Avropadan yardım tələblərinin ardı-arası kəsilmir. Bu da azmış kimi, Qərb tez-tez taxıl və enerji böhranı ilə üzləşir.
İlyas Hüseynov
Vaşinqton isə Kiyevə siyasi və maliyyə dəstəyini davam etdirir. Hətta bu yardımların əbədiyyən davam edəcəyi kimi bir təəssürat yaranıb. ABŞ vətəndaşları buna görə yardımların əleyhinədir. Amma siyasətdə və geopolitikda siyasi səbir bir çox şeyi dəyişə bilir. Yəni bu bir tərəfin digərinin tükənməsini gözləmə taktikasıdır. ABŞ və Qərbin iqtisadi itikiləri var, amma siyasi, geopolitik dividentlər də qazanırlar”.
“Soyuq müharibə, Üçüncü Dünya müharibəsi kimi adlandırılan hazırkı proseslər faktiki olaraq tərəflərin bir-birini tükətməsi və yormasına hesablanıb. Hər kəsə bəllidir ki, Ukrayna xarici yardımlardan çox asılıdır. Kiyev dəstəyin dayandırılması nəticəsində məğlub ola bilər. Yəni hər şey Donald Trampın tutumundan asılı olacaq”, – politoloq qeyd edib.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















