Icma.az
close
up
RU
Böyük ölçülü qadınlar üçün payız mövsümünün əsas trendləri

Böyük ölçülü qadınlar üçün payız mövsümünün əsas trendləri

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Modelyer Mariya Koşkarova 2025-ci ilin payız mövsümündə böyük ölçülü (plus-size) qadınlar üçün əsas dəb tendensiyalarını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu payızın əsas tərz elementləri arasında uzun siluetli, yumşaq çiyinli jaketlər və hündür bel, şaquli ütü cizgiləri olan şalvarlar yer alır.

"Uzun siluetli və yumşaq çiyinli jaketlər bədənin proporsiyalarını balanslaşdırır. Hündür bel və şaquli ütü xəttləri olan şalvarlar ayaqları vizual olaraq uzadır. Bu mövsümün xüsusiyyəti - yumşaq xətlər və sərt konstruksiyaların olmamasıdır. Klassik köynəklər belə, artıq sinə və bel hissəsində formalaşdırıcı büzmələrlə tikilir", deyə Koşkarova gazeta.ru-ya bildirib.

Ekspertin qeyd etdiyi digər trend elementlər bunlardır:

* Kəsişməli və V-şəkilli yaxalı paltarlar

* Asimmetrik biçimli və tənzimlənən kəmərli palto modelləri

Koşkarova "plus-size” qadınlara payız qarderobu formalaşdırarkən qat-qat geyimlərə üstünlük verməyi tövsiyə edib: "İncə trikotajla sərbəst kəsimli jaketin birləşməsi zərif obraz yaradır. Tünd rəngli alt geyim və nisbətən açıq rəngli üst geyim - proporsiyaların balanslaşdırılması üçün klassik həll yoludur”.

Payızın əsas rəng palitrası da dizaynerin diqqət mərkəzində olub. Trendlərə daxil olan tonlar bunlardır:

* məxməri alt tonlu gavalı rəngi

* mat zümrüd yaşılı

* boğulmuş mis çaları

* badımcan rəngi

"Bu çalarlar sadəcə kamuflyaj etmir, həm də dolğun bədən quruluşunu uğurla vurğulayır və bahalı tablo effekti yaradır", deyə Koşkarova bildirib.

Onun sözlərinə görə, bu payız neytral rənglərdəki kompleks boz tonlar da dəbdə olacaq: dumanlı bozdan qrafit tonlarına qədər, yüngül metal parıltısı ilə. Ekspert rəng bloklaması texnikasına xüsusi diqqət yetirməyi məsləhət görüb: "Bir-birinə yaxın iki-üç tonun birləşməsi silueti vizual şəkildə uzadır".

Dizayner plus-size qadınlar üçün uyğun parça növləri barədə də danışıb. Trendlərə daxil olanlar:

* yüksək sıxlıqlı, axıcı krep parçalar (forma saxlayır və incə drapey yaradır)

* yeni nəsil məxmər (elastik liflər sayəsində daha rahat)

* forma yaddaşı olan qarışıq innovativ parçalar (bədən əyrilərinə uyğunlaşaraq qüsursuz siluet yaradır)

Koşkarova əlavə edib ki, bu mövsümün açar tendensiyası teksturalı materiallardır: "Şaquli naxışlı relyefli parçalar vizual olaraq incəlik qatır, xırda və həcmsiz ornamentlər isə obrazı daha zərif göstərir. Xüsusi toxunuşlu yun istiliyi saxlayır, lakin əlavə həcm yaratmır. İkitərəfli parçalar isə çoxqatlı dəstlərin yaradılmasında yeni imkanlar açır".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyul 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri