Icma.az
close
up
RU
Böyük Qaydış proqramı strateji əhəmiyyət daşıyan dövlət siyasətidir ŞƏRH EDİLDİ

Böyük Qaydış proqramı strateji əhəmiyyət daşıyan dövlət siyasətidir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hazırda həyata keçirilən "Böyük Qaydış" proqramına bir neçə aspektdən yanaşmaq zəruridir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, əvvəla, bu proqram 30 ilə yaxın bir müddət ərzində işğal nəticəsində öz doğma yurdlarından, evlərindən didərgin düşmüş insanlar üçün həyati əhəmiyyət daşıyan dönüş nöqtəsidir: "Onlar yenidən ata-baba torpaqlarına, əcdadlarının məzarlarını ziyarət etməyə, illərlə üzərində yaşayıb böyüdükləri torpaqları becərməyə qayıdırlar. Bu, onların həyatında yeni bir mərhələnin başlanğıcıdır.

İkincisi, "Böyük Qaydış" işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması deməkdir. Burada xüsusilə qeyd edilməlidir ki, açılan iş yerləri çoxşaxəli xarakter daşıyır və hətta işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan sahələri də əhatə edir. Məsələn, “ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir konsepsiyalar, eləcə də bərpa olunan enerji sahələri məhz bu gün həmin ərazilərdə tətbiq edilir. Əvvəllər sovet dövründə bu bölgələrdə insanlar əsasən kolxoz və sovxozlarda, kənd təsərrüfatında, dövlət idarələrində və mədəniyyət ocaqlarında çalışırdılarsa, indi isə tamamilə yeni və innovativ iş imkanları yaranır.

Üçüncüsü, "Böyük Qaydış" eyni zamanda bu ərazilərin müdafiəsinin gücləndirilməsi baxımından da mühüm rol oynayır. Əgər bir bölgədə əhali yaşamırsa, bu, həmin ərazinin müdafiəsiz qalması deməkdir. İnsanların bu torpaqlara qayıtması isə təkcə ordu və sərhəd qüvvələri üçün dayaq nöqtələrinin yaradılması ilə deyil, həm də həmin ərazilərin sosial və iqtisadi canlanması ilə müdafiə imkanlarını artırır".

"Nəhayət, "Böyük Qaydış"a Azərbaycanın strateji təhlükəsizlik məsələsi kimi də yanaşmaq vacibdir. Əgər bu ərazilər boş qalarsa, bu, Ermənistan tərəfindən gələcəkdə təkrar işğal üçün bir əsas kimi qiymətləndirilə bilər. Amma əgər insanlar bu bölgələrə qayıdır, məskunlaşır, orada yeni həyat qurursa, bu artıq həmin torpaqların sahiblərinin yetişdiyi, müdafiəsini öz üzərinə götürdüyü bir gələcək deməkdir.

Bir sözlə, "Böyük Qaydış" proqramı təkcə bir məcburi köçkün probleminin həlli deyil, həm də milli təhlükəsizlik, sosial-iqtisadi inkişaf və strateji əhəmiyyət daşıyan bir dövlət siyasətidir. Proqramın icrasına bu prizmadan yanaşmaq ən düzgün və məqsədyönlü mövqedir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri