Icma.az
close
up
RU
Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdam, 21 may, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçələn və regionun strateji iqtisadi mərkəzinə çevrilən Qarabağda iri şəhərlərlə yanaşı, kəndlər də "Ağıllı kənd" konsepsiyası əsasında tamamilə yenidən qurulur. Dağıdılmış yaşayış məntəqələrinin yerində müasir memarlıq üslubu ilə milli koloriti özündə birləşdirən, ekoloji cəhəttən təmiz və dayanıqlı yeni yaşayış massivləri salınır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu möhtəşəm dirçəliş prosesinin mərkəzlərindən biri olan Ağdam rayonunda abadlıq-quruculuq işləri strateji plan üzrə geniş vüsət alıb. Ağdam şəhərinin yenidən qurulması ilə paralel olaraq, rayonun kəndlərində də kompleks tikinti işləri uğurla icra edilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına layiqli qayıdışı üçün hər bir məqam nəzərə alınır. Bu baxımdan Baş Qərvənd kəndində də mühəndis-kommunikasiya və genişmiqyaslı tikinti layihələri fasiləsiz həyata keçirilir.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Təranə Quliyevanın sözlərinə görə, ümumilikdə, layihə 476 hektardan çox ərazini əhatə edir və burada 1245 fərdi yaşayış evi inşa olunacaq. Layihənin təməli 2023-cü il dekabrın 24-də qoyulub.

Təranə Quliyeva bildirib ki, Baş Qərvənd kəndində birinci mərhələdə 202 hektar ərazidə 851 fərdi ev inşa edilir. Bu evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Kənddə yalnız yaşayış evləri deyil, sosial infrastruktur da yaradılacaq. Burada inzibati bina, tibb məntəqəsi, 840 şagird yerlik iki mərtəbəli məktəb, həmçinin 120 və 100 yerlik iki uşaq bağçası istifadəyə veriləcək.

Yol infrastrukturu ilə bağlı məlumat verən şöbə rəhbəri qeyd edib ki, kənddaxili yolların ümumi uzunluğu 56 kilometrdən çox olacaq. Bunun 35,3 kilometri birinci mərhələ çərçivəsində inşa ediləcək. Bundan əlavə, kənddə mühəndis-kommunikasiya xətləri çəkilir, səkilər salınır və geniş yaşıllıq zonaları yaradılır. Cari ildə Baş Qərvənd kəndinə ilk köçün həyata keçirilməsi gözlənilir.

Beləliklə, uzun illərin həsrətindən sonra doğma torpaqlarına dönməyə hazırlaşan kənd sakinləri üçün burada həm mənzil şəraiti, həm də sosial xidmətlər ən yüksək səviyyədə təşkil olunur. İlk köç karvanının fərəhini yaşamağa hazırlaşan Ağdamın bu yaşayış məntəqəsi Böyük Qayıdışın növbəti uğurlu və parlaq səhifəsi olacaq.

Müxbir-Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri