Icma.az
close
up
RU
“Böyük Qayıdış” davamlı inkişafın layihəsidir DEPUTAT DANIŞDI

“Böyük Qayıdış” davamlı inkişafın layihəsidir DEPUTAT DANIŞDI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Böyük Qayıdış” layihəsi çərçivəsində artıq genişmiqyaslı və strateji əhəmiyyət daşıyan işlər həyata keçirilmişdir. Xüsusilə infrastrukturun bərpası istiqamətində aparılan tədbirlər -yol, enerji, su, rabitə şəbəkələrinin qurulması, yeni yaşayış məntəqələrinin salınması və dayanıqlı məşğulluq imkanlarının yaradılması -layihənin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir” . Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, tibb elmləri doktoru Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bu miqyaslı proses təbii olaraq böyük maliyyə resursları və institusional koordinasiya tələb edir:

”Azərbaycan Respublikasının Prezidenti tərəfindən bölgənin “yaşıl enerji zonası” kimi formalaşdırılması strateji hədəf kimi müəyyən edilmişdir. Bu yanaşma təkcə Qarabağ və Şərqi Zəngəzurun bərpasını deyil, eyni zamanda ölkənin ümumi enerji strategiyasının ekoloji dayanıqlılıq prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Bərpa olunan enerji mənbələrinin - günəş, külək və su enerjisinin ,bu regionda prioritet istiqamət kimi seçilməsi həm ətraf mühitin qorunması, həm də Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihənin icrasında qarşıya çıxan əsas problemlərdən biri genişmiqyaslı mina təhlükəsidir. İşğal dövründə ərazilərə bir milyondan artıq minanın basdırıldığı ehtimal edilir və Ermənistan tərəfi indiyədək dəqiq mina xəritələrini təqdim etməmişdir. Bu vəziyyət minalardan təmizləmə prosesini həm maliyyə, həm də zaman baxımından son dərəcə mürəkkəbləşdirir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə yerli və beynəlxalq ixtisaslaşmış şirkətlər cəlb olunur, müasir texnologiyalardan və beynəlxalq təcrübədən istifadə edilir. Bununla belə, mina təmizlənməsi bərpa prosesinin ən çətin və resurs tutumlu mərhələlərindən biri olaraq qalır.

Bütün bu çətinliklərə baxmayaraq, “Böyük Qayıdış” layihəsi ardıcıl və sistemli şəkildə icra olunur. Layihə yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunmasını və yenidən canlandırılmasını hədəfləyir. Bu baxımdan Qarabağın gələcəkdə təkcə Azərbaycanın deyil, eyni zamanda İslam və Türk dünyasının mühüm mədəni, sosial və iqtisadi mərkəzlərindən birinə çevriləcəyi real perspektiv kimi qiymətləndirilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri