Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Böyük Qayıdış hədəfi reallığa çevrilir...

Böyük Qayıdış hədəfi reallığa çevrilir...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada elə bir təcrübə yoxdur ki, müharibədən təzə çıxan ölkə vaxt itirmədən Ordusunun gücü ilə işğaldan azad edilmiş ərazilərinin bərpasına və məskunlaşdırılmasına start versin. Qalib Azərbaycan bu sahədə də beynəlxalq birliyə özünün nümunəsini təqdim edir. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasına 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra başlanıldı ki, bu da ölkəmizin gücünü və məsuliyyətini nümayiş etdirir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış proqramının reallaşdırılması sistemli şəkildə həyata keçirilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Ağdam şəhərində keçirilib. İclasda çıxış edən Samir Nuriyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyini bildirib.

Qarabağda həyat getdikcə daha çox canlanır

Hazırkı strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri  44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Ötən dövrdə Dövlət Proqramında qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılıb və müxtəlif istiqamətlərdə müsbət nəticələr əldə olunub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həyata keçirilən layihələrin icrasını diqqətə izləyir. Bunun təsdiqi olaraq qeyd edək ki, dövləttimizin başçısı və birinci xanım Mehriban Əliyeva tez-tez işğaldan azad olunmuş ərazilərə səfərlər edərək müxtəlif infrastruktur obyektlərinin, sənaye müəssisələrinin, aqroparkların, mədəniyyət ocaqlarının, yaşayış məntəqələrinin təməlqoyma və açılış tədbirlərinə qatılırlar. İclasda dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.

Dayanıqlı məskunlaşma təmin edilir

Postmüharibə dövründə qarşıya qoyulan əsas hədəflərdən biri işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlıdır. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 2022-ci ilin may ayında ilk ailələr köçürülüb. Bundan sonra ərazilərimiz bərpa olunduqca Qarabağa köç karvanlarının sayı da artıb. Iclasda bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırlması istiqamətində müxtəlif təyinatlı layihələr paralel şəkildə reallaşdırılır. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir.

11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir

Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.

İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini bildirib, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb. Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə, Ağdam Muğam Mərkəzinə və Ağdam İmarət Kompleksinə baxış keçirilib.

İnşasına ötən ildən başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd olunub ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.

Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Məscidin qırıq minarəsi və içindəki daşları, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.

Sonda dövlətimizin başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən Əlaqələndirmə Qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan “Mister Decor”, rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan “Rail Trans Service”, orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan “Eel Electric” və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri