Icma.az
close
up
RU
“Böyük Qayıdış” prosesi sürətlənir: Minlərlə ailə doğma yurduna qayıdır

“Böyük Qayıdış” prosesi sürətlənir: Minlərlə ailə doğma yurduna qayıdır

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

2016-cı ildə Aprel döyüşlərindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayaraq "Böyük Qayıdış” prosesinə start verib. Bu proqram çərçivəsində uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların doğma torpaqlarına mərhələli və təhlükəsiz şəkildə geri dönüşü təmin olunur.

"Böyük Qayıdış” prosesi yalnız əhalinin geri dönməsi ilə kifayətlənmir, eyni zamanda regionda iqtisadi həyatın canlandırılması, yeni iş yerlərinin yaradılması və dayanıqlı inkişafın təmin olunmasını da əhatə edir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə icra edilir, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Artıq Zəngilan, Füzuli, Laçın və Şuşa kimi ərazilərə ilk köçlər həyata keçirilib və minlərlə insan doğma yurdlarına qayıdıb.

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış” prosesi 2026-cı ildə də sürətlə davam edir, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri fonunda keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Son məlumatlara görə, artıq on minlərlə insan yenidən bu ərazilərdə məskunlaşıb, ilin sonuna qədər isə qayıdanların sayının daha da artaraq yüz minlərlə nəfərə çatacağı gözlənilir. 

Əslən Xocalıdan olan Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a bildirib ki, yurd-yuvamıza qayıtmaqdan daha böyük xoşbəxtlik yoxdur:

"Mən hazırda Xocalıdayam. Artıq 2 aydır ki, bura köçmüşəm. Əgər 34-35 ildən sonra biz düşməni torpaqlarımızdan təmizləyib,  doğma yurd-yuvamıza qayıtmışıqsa, bundan böyük xoşbəxtlik ola bilməz. Hər birimizin ən müqəddəs arzusu və diləyi bu idi ki, torpaqlarımızı işğaldan azad edək və doğma yurd-yuvamıza qayıdaq. Qarabağa qayıtmaq bizə qismət oldu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən və sonrakı antiterror əməliyyatlarından sonra torpaqlarımız düşməndən tam təmizləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Hazırda "Böyük Qayıdış” proqramı həyata keçirilir və insanlar mərhələ-mərhələ öz doğma torpaqlarına qayıdırlar. Demək olar ki, bu proses hər gün davam edir”.

Parlamentari qeyd edib ki, köçlə birlikdə yenidənqurma işləri də aparılır:

"Eyni zamanda genişmiqyaslı yenidənqurma işləri aparılır. Bütün rayonlarda bu proses gedir: evlər tikilir, yollar çəkilir, elektrik enerjisi, su, qaz və rabitə təminatı qurulur. Təbii ki, bütün bunları eyni anda həyata keçirmək mümkün deyil, buna görə də işlər mərhələli şəkildə aparılır. Dövlətimizin diqqətdə saxladığı ən vacib məsələlərdən biri də qayıdan insanların məşğulluğudur. İnsanların işlə təmin olunması üçün addımlar atılır. Körpə uşaqlar üçün uşaq bağçaları, məktəb yaşlı uşaqlar üçün təhsil müəssisələri fəaliyyətə başlayır. Eyni zamanda, əhalinin sağlamlığının qorunması üçün tibb məntəqələri və xəstəxanalar fəaliyyət göstərir. Bütün bu məsələlər paralel şəkildə həyata keçirilir və qayıdış olan hər bir ərazidə diqqət mərkəzində saxlanılır. Məktəb, səhiyyə, yol, su, işıq, qaz, rabitə kimi bütün infrastruktur təminatları nəzərə alınır və yeni iş yerlərinin yaradılması istiqamətində işlər görülür”.

"Qarabağa qayıdış çox sevindiricidir və dövlətimizin gücünü göstərir. Müharibədən yeni çıxmış bir ölkə olmasına baxmayaraq, dünyada mövcud gərgin vəziyyət fonunda dövlətimiz həm təhlükəsizliyimizi təmin edir, həm də əhalinin qayıdışını və normal yaşayışını təşkil edir.

Bu, hər birimizin illər boyu arzuladığı bir reallıqdır. Dövlətimiz var olsun, ordumuz var olsun. Azərbaycan xalqı bu gün qalib xalq kimi başı uca dünyada yaşayır”,- deyə deputat vurğulayıb.

Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyüş Qayıdış”” mövzusunda dərc edilib. 

Şahanə Ziyad


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Aprel 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri