Icma.az
close
up
RU
“Böyük Qayıdışa aparan yollar” adlı sərgi təqdimat keçirildi Fotolar

“Böyük Qayıdışa aparan yollar” adlı sərgi təqdimat keçirildi Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı “Qalereya-1969” sərgi salonunda “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmış veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgiyə tamaşa ediblər.

Fotoşəkillərdə əsasən Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticələri əks olunub.

Fotoşəkillərdən bir neçəsi ilk dəfədir ki, nümayiş olunub. Daha sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlar nümayiş etdirilib.

Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərinin təbliğinin indiki və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin, o cümlədən Böyük Zəfərin və onun nəticəsi olaraq başlanmış Böyük Qayıdışın hazırda dünyanın diqqət mərkəzində olduğunu xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev sərgi-təqdimat barədə tədbir iştirakçılarına məlumat verib, bu cür tədbirlərin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təşkil olunduğunu qeyd edib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açılış nitqi ilə çıxış edib. Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə daim diqqət və qayğı göstərilib, bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Azərbaycanın bugünkü nailiyyətlərinin müstəqil dövlət quruculuğu dövründə Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu vurğulayan natiq birinci Qarabağ müharibəsində atəşkəs olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının, ölkəyə xarici valyuta cəlb edilməsinin, müasir ordunun formalaşdırılmasının, bütün sahələrdə köklü islahatların aparılmasının, həmçinin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün görülən işlərin əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Prezident İlham Əliyev də ölkə rəhbəri seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinə yetirib. Məhz onun təşəbbüsü ilə məcburi köçkünlər qısa müddətdə çadır düşərgələrdən, vaqonlardan və yaşayış üçün əlverişsiz olan digər yerlərdən müasir tipli qəsəbələrə köçürülüblər, bu kateqoriyadan olan 300 min insan yeni ev və ya mənzillə təmin edilib. Dövlətimizin başçısının hərbi-siyasi qətiyyəti, şanlı Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaradıb. Böyük Zəfərdən sonra başlanmış Böyük Qayıdış hazırda uğurla davam etdirilir, Qarabağın, Şərqi Zəngəzurun yenidən dirçələn şəhər və kəndləri öz daimi sakinlərinə qovuşur.    

Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da təsirli dəstək göstərir. Beşinci ili tamam olan tarixi Zəfərdən sonra başlanmış Böyük Qayıdış prosesi də Azərbaycan dövlətinin keçmiş məcburi köçkünlərlə bağlı dünyada analoqu olmayan siyasətinin bariz ifadəsidir.  Uzun illər doğma torpaqlarından məcburi şəkildə didərgin düşmüş vətəndaşların təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə geri qayıtması üçün sistemli tədbirlər həyata keçirilir. 

Akademik həmçinin əlavə edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra edilən Böyük Qayıdış tək insanlar öz yurdlarına qayıdışı deyil, həm də tarixi həqiqətə, mənəvi köklərə qovuşmaqdır. 

Tədbirdə, həmçinin “Böyük Qayıdışa gedən yollar” adlı videoçarxın təqdimatı olub. Videoçarx Böyük Qayıdışın emosional və insani tərəflərini işıqlandırır, azad edilmiş torpaqlarda həyatın yenidən doğuluşunu sənədli kadrlarla əks etdirir.

Sərgi-təqdimatda çıxış edən Rafiq Bağırov onun yaradıcılığına göstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinə minnətdarlıq bildirib. Dövlət Komitəsi adından tanınmış fotoqrafa təşəkkürnamə təqdim edilib. 

Tədbirdə Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyi şəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə olan fotosu daha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıl rayonundan keçmiş məcburi köçkün Səma Məmmədova uşaq olmasına rəğmən o illərin ağrı acısını unutmadığını, Ulu Öndərin daim məcburi köçkünlərə diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb: “Biz Heydər Əliyevin məcburi köçkünlərə həssas, qayğıkeş münasibətini həmişə hiss etmişik. Bugünkü tədbirdə sərgilənən o şəklimiz, dediklərimin bariz nümunəsidir. Şükürlər olsun, cənab Prezidentimizin rəhbərliyi, ordumuzun qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Vətənimizə - Cəbrayılımıza qovuşmuşuq”.  

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuşadan olan keçmiş məcburi köçkün Vüsalə Fətəliyeva, eləcə də Ağdam rayonundan olan keçmiş məcburi köçkün, yazıçı-publisist Təhmasib Novruzov da çıxış ediblər. Natiqlər Böyük Qayıdışın milli həmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun parlaq təzahürü olduğunu vurğulayıblar. Onlar uşaqlıq və gənclik illərini keçirdikləri doğma yurd yerlərini xatırlayaraq, həmin yerlərə yenidən qovuşmağın onlara bəxş etdiyi böyük sevinc və xoşbəxtlik hisslərindən söz açıblar.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.  Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri