Icma.az
close
up
RU
Böyük Qayıdışın strateji əhəmiyyəti: Sülh, sabitlik və inkişaf perspektivləri

Böyük Qayıdışın strateji əhəmiyyəti: Sülh, sabitlik və inkişaf perspektivləri

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Sentyabrın 25-də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ölkəmizin beynəlxalq siyasi arenada etibarlı mövqeyini bir daha sübut edir. Azərbaycanın həm milli maraqlarının qorunmasına, həm də qlobal səviyyədə ədalət, sabitlik və əməkdaşlıq prinsiplərinin təşviqinə yönəlmiş siyasəti dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.

30 ilə yaxın davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədi. Azərbaycan isə 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Ermənistanın müharibə dövründə həyata keçirdiyi hərbi cinayətlər – şəhərlərə ballistik raketlərin atılması, kasetli mərmilərlə hücumlar və yüzdən artıq günahsız mülki vətəndaşın qətlə yetirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Bununla belə, Azərbaycan Silahlı Qüvvələri müharibəni beynəlxalq humanitar hüquqa tam riayət edərək apardı, mülki infrastrukturu hədəfə almadı və dinc əhalinin təhlükəsizliyini qorudu. 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də beynəlxalq hüquqa sadiqliyini göstərdi.
44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad edildi, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələri faktiki olaraq icra olundu. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması isə Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasının başlanğıcı oldu. Bu tarixi Qələbə nəticəsində tarixi ədalət bərpa olundu, xalqımızın illərlə davam edən həsrətinə son qoyuldu.
Azərbaycan qalib dövlət kimi Ermənistanla münasibətlərin normallaşdırılması üçün dərhal addımlar atdı. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında mümkündür. Bu məqsədlə beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürüldü və sülh müqaviləsi layihəsi təqdim edildi. 2022-ci ilin oktyabrında başlayan və 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesinin yalnız ikitərəfli əsasda aparılması xarici müdaxilələrə yol vermədi və nəticə etibarilə konstruktiv irəliləyişlər əldə olundu. Bu yanaşma göstərdi ki, münaqişələrin həlli üçün əsas şərt səmimi dialoq və qarşılıqlı siyasi iradədir.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş sülh prosesində dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, eyni zamanda Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Trampın bu sənədi şahid qismində təsdiqləməsi isə prosesin beynəlxalq legitimliyini daha da möhkəmləndirdi. Bu görüşdən sonra Azərbaycan və Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu və əlaqədar strukturlarının ləğv edilməsi üçün birgə müraciət təqdim olundu və sentyabrın 1-də bu köhnəlmiş mexanizmlər birdəfəlik bağlandı. Beləliklə, danışıqlar prosesində uzun illərdir davam edən format dəyişikliyi reallaşdı və yeni mərhələ başladı.
Zəfər müharibəsindən sonra ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması olub. İşğal dövründə Ermənistan tərəfindən viran edilmiş şəhər və kəndlər, dağıdılmış məscidlər, məhv edilmiş mədəniyyət nümunələri bərpa olunur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu proses yalnız infrastruktur layihələri ilə məhdudlaşmır – yeni məktəblər, xəstəxanalar, istehsal müəssisələri və kənd təsərrüfatı layihələri bu bölgələrin sosial-iqtisadi inkişafını təmin edir. Ən əsası isə, doğma torpaqlara qayıdan insanların həyatına yeni ümidlər bəxş olunur. BMT Baş Assambleyasının 80-ci sessiyasında dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı: “Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi uğurlarına da geniş yer ayırıb. Yoxsulluğun və işsizliyin tarixi minimuma endirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi ölkəmizin dayanıqlı inkişaf modelini nümayiş etdirir. “Moody’s” və “Fitch” kimi aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycanın reytinqini artırması ölkənin maliyyə sabitliyinin, güclü fiskal intizamının və əlverişli investisiya mühitinin beynəlxalq səviyyədə tanındığını göstərir. Xarici borcun ÜDM-in cəmi 6,5 faizi qədər olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə artıq olması dövlətimizin iqtisadi təhlükəsizlik baxımından dünyada nümunəvi mövqe tutduğunu sübut edir.
Azərbaycan yalnız regional deyil, qlobal humanitar təşəbbüslərdə də fəal iştirak edir. Təbii fəlakətlərdən və silahlı münaqişələrdən əziyyət çəkən ölkələrə yardım göstərilməsi, səhiyyə böhranları zamanı dəstək olunması humanizm prinsiplərinə sadiqliyin göstəricisidir. Xüsusilə COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə tibbi avadanlıq, qoruyucu vasitələr və vaksinlərin göndərilməsi Azərbaycanın beynəlxalq həmrəyliyə verdiyi töhfələrin nümunəsi oldu. Bu siyasət dövlətimizin qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi qəbul edilməsini möhkəmləndirdi.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı bir daha göstərir ki, Azərbaycan artıq yeni tarixi mərhələdədir. Qazanılmış Qələbə yalnız müharibədə hərbi uğur deyil, həm də sülhün təmin olunması, azad edilmiş ərazilərin bərpası və regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə davam etdirilir. Ədalət zəfər çalıb, suverenlik bərpa olunub, sülh isə real siyasi müstəviyə çevrilib. Azərbaycan dövləti xalqının və həm də regionun sabit gələcəyinin təminatçısıdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see161

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see150

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri