Icma.az
close
up
RU
Böyük Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib

Böyük Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Bütün müharibələr torpağa görə başlayır (ərazi işğal etmək), bəzən qısa müddətdə başa çatır, (İran-İraq, Hindistan-Pakistan, İsrail-İran və s. müharibələri kimi) bəzən uzun çəkir (yüzillik müharibə kimi, İkinci Dünya müharibəsi kimi, ABŞ-Vyetnam müharibəsi kimi, SSRİ-Əfqanıstan müharibəsi kimi, Rusiya-Ukrayna müharibəsi kimi). Bütün ədalətsiz müharibələr lənətlənir, bəşəri dövlətlər bəşəri niyyətlərin müharibəsini dəstəkləyir.

Ermənistan əsassız ərazi idiasına görə Azərbaycana qarşı elan etmədən işğalçılıq müharibəsinə başladı. Müharibə genişləndi. Ermənilər Meşəlidə, Qaradağlıda, Bağanıs Ayrımda, Başlıbeldə, Ağdabanda, Xocalıda faciələr törətdi, Azərbycanın ərazilərini işğal etdi. On minlərlə sakin öldürüldü, yaralandı, əsir götürüldü, kəndlər, şəhərlər dağıdıldı.
1992-ci ilin 18 mayında Laçın işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ arasında strateji əlaqə yaradıldı (buna Laçın dəhlizi dedilər). Bu, Ermənistanın sonrakı hərbi əməliyyatlarına olduqca böyük taktiki səmərə verdi. İşğaldan sonra Ermənistan bu yolla Laçının təbii sərvətlərini talamağa başladı, bu yolun strateji əhəmiyyətindən bəhrələnərək hücumlarını genişləndirdi. Nəticə etibarilə Azərbaycanın ərazisinin 20 faizi işğal olundu.
Atəşkəs haqqında Bişkekdə razılığa gəlinsə də atəşkəsin atəşi heç zaman kəsmədi. Ermənistan hücumlarını, həmlələrini davam etdirirdi, Azərbaycan ordusu düşmənin əməliyyatlarının qarşısını qətiyyətlə alırdı. Azərbaycan 2020-ci ilin payızına kimi belə bir hərbi şəraitdə yaşadı. Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də də irimiqyaslı hücuma keçdi. Ordu hisslərimiz bu hücumun da qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanması əmri oldu. Ordu hissələrimiz döyüşə-döyüşə mövqe qələbələri qazanırdı. Düşmən döyüşə-döyüşə geri çəkilirdi. Bütün istiqamətlərdə düşmənin müdafiə sədləri dağıdıldı.
Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə İkinci Qarabağ müharibəsinin dönüşü oldu. Düşmən mənən məğlub oldu. Noyabrın 10-da üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) Bəyanat imzalandı. Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi olan bu Bəyanatın şərtlərinə görə, Ermənistan Kəlbəcəri, Ağdamı, Laçını döyüşsüz tərk etməli idi.
Laçın dekabrın 1-də azad edildi, 2020-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Prezidentinin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Dövlətimizin başçısının Sərəncamı ilə (31 iyul 2023-cü il) 26 avqust Laçın şəhəri günü elan olundu.
Prezident İlham Əliyev deyib ki, “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında dövlət başçımızın sərəncamları ilə böyük quruculuq işləri vüsət aldı. Laçın da yenidən qurulmağa başladı. Laçında 9 su elektrik stansiyası fəaliyyət göstərəcək, Kəlbəcər-Laçın avtomobil yolu tamamlanmaqdadır, yeni yolda 17 tunel olacaq, Laçında Memorial Park yaradılacaq (İşğal və Zəfər muzeyləri də daxil olmaqla), Laçında 1600-dən çox yaşayış evi tikilib və bərpa olunub, şəhərdə 626 fərdi ev, çoxmərtəbəli yaşayış binaları da tikilməkdədir, 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yardıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu, “Laçın Aqro-Sənaye Parkı” yaradıldı.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi.
Cənab İlham Əliyev Laçında 7 dəfə səfərdə olub. Bu səfərlər Laçının yenidən qurulmasına nəzarət səfərləri, yeni strukturların yaradılması, bu və ya digər infrastrukturun özülünün qoyulması, istifadəyə verilməsi ilə bağlı olub. Güləbird kəndində Azərbaycan bayrağı dalğalandırılıb (14 fevral 2021-ci il), Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub (16 avust 2021-ci il), Laçın şəhərində Azərbaycan bayrağı ucaldılb (21 sentyabr 22-ci il), “LATİFA” Laçın Tikiş fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub (27 may 2025-i il), Laçında Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin təkbətək görüşü olub (27 may 2025-ci il). Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də Laçın rayonunun yenidən necə qurulduğunu ifadə edir.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri