Icma.az
close
up
RU
Böyük rüşvət əməliyyatı: 12 dövlət məmuru HƏBS EDİLDİ VİDEO KONKRET

Böyük rüşvət əməliyyatı: 12 dövlət məmuru HƏBS EDİLDİ VİDEO KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin İzmirin şəhərinin Menemen rayonundakı sərbəst zonada rüşvət aldıqları iddia edilən 4-ü gömrük mühafizə əməkdaşı, 2-si dövlət qulluqçusu olmaqla ümumilikdə 25 şübhəlidən 12-si həbs olunub, 13-ü isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Menemen Respublika Prokurorluğunun rəhbərliyi, İzmir Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi və Aliağa Maliyyə Cinayətləri Bürosunun əməkdaşlığı ilə aparılan araşdırmada Menemendəki sərbəst zonada bəzi gömrük əməliyyatlarında qanunsuzluqlar aşkar edilib. Aparılan texniki və fiziki müşahidələr nəticəsində bəzi konteynerlərin yoxlama aparılmadan keçirildiyi, natamam bəyannamələrlə yoxlama prosedurlarının həyata keçirildiyi, vergi məbləği və məhsul növünün müəyyən edilməsi üçün laboratoriyaya göndərilməsi lazım olan məhsulların isə göndərilmədiyi məlum olub.

Rüşvət anı kameraya düşdü

Şübhəlilərin rüşvət aldıqları anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb, bu səbəbdən onların inkar etmə şansı da qalmayıb.

Hadisə ilə bağlı 4-ü gömrük mühafizə əməkdaşı və 2-si dövlət qulluqçusu olmaqla ümumilikdə 25 nəfər barəsində həbs qərarı çıxarılıb. 21 aprel tarixində müəyyənləşdirilmiş ünvanlara eyni vaxtda əməliyyat təşkil olunub. Bütün şübhəlilər saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı 12 min 200 ABŞ dolları, 13 tam qızıl, 40 qram qızıl, 6 ədəd çeyrek qızıl, 3 qram marixuana və çox sayda rəqəmsal material ələ keçirilib.

Polisdəki ifadələri tamamlandıqdan sonra məhkəməyə göndərilən şübhəlilərdən 12-si həbs edilib, 13-ü isə məhkəmənin müəyyən etdiyi nəzarət şərtləri ilə sərbəst buraxılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Aprel 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri