Icma.az
close
up
RU
Böyük səhnəyə doğru inamlı yürüş

Böyük səhnəyə doğru inamlı yürüş

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Akif Cabbarlı
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən Muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılması, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsi və Azərbaycan musiqi sənətinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı həyata keçirilən əvəzolunmaz mədəni tədbirlərdən biri hesab olunmalıdır. Sayca 9-cu Muğam müsabiqəsinin gedişini izləyən milyonlarla tamaşaçı, dinləyici və muğamsevərlər hamılıqla bu qənaətdədir və bu yazının müəllifi də onlarla tam həmfikirdir. 2005-ci ildə keçirilən ilk müsabiqəni bütün təfərrüatı və aydınlığı ilə yaxşı xatırlayıram. Onu da deyim ki, o vaxtdan bütün müsabiqələri əvvəldən axıra izləməyə çalışmışam və qaliblərin əllərini sıxmağı və müsiflər heyəti üzvlərinə ifaçılara obyektiv və dürüst yanaşmalarına görə təşəkkür etməyi özümə borc bilmişəm.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunan ilk müsabiqədə tamaşaçıların və münsiflər heyətinin yekdil rəyinə və səsvermənin yekununa görə Təyyar  Bayramov və Babək Niftəliyev müsabiqənin qalibləri elan olunublar. 2007 – ci ildə keçirilən müsabiqədə Ehtiram Hüseynov, Nasir Ətapur və  Rəvanə Ərəbova, 2011-ci ildə baş tutan yarışmalarda Mirələn Mirələmov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Ariz Hüseyinov, Nigar Şabanova, Mustafa Mustafayev, 2013-cü ildə keçirilən müsabiqədə Murad Əbdüləzimov, Mirpaşa Şükürov, Sərxan Bünyadzadə, Xətai Hacıyev adlarını qaliblər sırasına yazdırıblar. Sonrakı müsabiqələrdə Məhəbbət Səfərov, Sədəf Budaqova, Rəvanə Əmiraslanova,  Almaxanım Əhmədli,  Pərviz Qasımov, Daşqın Kürçaylı və digər istedadlı gənclər Böyük Muğam Evinə vəsiqə qazanıblar. Bu adlar muğama dərindən bələd olan hər kəsə yaxşı tanışdır və yaxşı bilirik ki, onlar indi yeniyetmələri böyük səhnəyə hazırlayan müəllimlərlə, peşəkar musiqiçilərlə  bir sıradadırlar.

Azərbaycanın ustad musiqiçiləri və şeir - sənət  biliciləri - Xalq artistləri Vamiq Məmmədəliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi 9-cu Muğam Müsabiqəsi iştirakçılarına obyektiv yanaşmalarına görə tamaşaçılar tərəfindən alqışlarla qarşılnırlar. Onların haqlı iradları, tövsiyə və tapşırıqları hər kəsin ürəyindən xəbər verir. Çünki münsiflərin heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən – boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları  və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər. Öz müəllimlərindən, ustadlarından öyrəndiklərini hər kəsin, eləcə də özlərinin ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecazkarlığına  minbir naxış vurur. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad  sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır. Bu müsabiqədə kimin qalib olacağını indidən söyləmək əlbəttə çətindir.  Amma iştirakçılar arasında ümidverici  ifaçıların olması şəksizdir. Elə ilk 10-luğu  qazanan və bu rəqəmin sayını asanlıqla artıran Aytac kimi. Təbii ki, müsabiqənin sonunadək aytacların daha bir neçəsi boy göstərəcək, tamaşaçıları və müsifləri heyrətləndirəcəklər. Müsabiqənin aparıcıları Xədicə Nəzirova və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyacanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir-kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq.

Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTV-nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir. 9-cu Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə  doğru inamlı  yürüşünün uğurla nəticələnəcəyi  barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see704

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see455

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see255

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see204

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see201

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see176

Dondurma dadında banan

13 İyul 2026 18:44see176

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see173

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see165

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see160

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see160

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see160

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see158

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see155

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see153

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

13 İyul 2026 12:52see152

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see152

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see151

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see149

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri