Icma.az
close
up
RU
“Böyük xalqlar qisas almır, tarixdən dərs çıxarır” RƏY

“Böyük xalqlar qisas almır, tarixdən dərs çıxarır” RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Əbədi düşmən yoxdur, əbədi olan yalnız xalqların rifahı və sülhə olan ehtiyacıdır

Tarixdə bir-birinə qarşı ən ağır müharibələr aparmış xalqların sonradan sülh və əməkdaşlıq münasibətləri qurması göstərir ki, beynəlxalq münasibətlərdə əbədi düşmənçilik anlayışı yoxdur. Dövlətlər və xalqlar zamanın tələblərinə uyğun olaraq qarşıdurmadan dialoqa, müharibədən isə əməkdaşlığa keçə bilirlər. Bu baxımdan, keçmişdən dərs çıxarmaq və gələcəyi davamlı sülh üzərində qurmaq müasir dünyanın qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a bildirib ki, xalqlar arasında heç bir düşmənçilik əbədi deyil: “Bir zamanlar qanlı müharibələr aparan, milyonlarla insanın ölümünə səbəb olan dövlətlər və xalqlar sonradan sülh bağlamaq məcburiyyətində qalmışlar. Tarixdən alınmalı ən böyük dərs də məhz budur. Düşmənçilik miras qalmamalıdır. İngiltərə ilə Fransa arasında əsrlər boyu davam edən qarşıdurmalar, xüsusilə Yüzillik müharibə, Avropa tarixinin ən qanlı səhifələrindən biri idi. Sonrakı əsrlərdə də bu iki dövlət dəfələrlə döyüş meydanlarında üz-üzə gəliblər. Lakin bu gün onlar Avropanın təhlükəsizliyi naminə eyni məqsədlər uğrunda əməkdaşlıq edən yaxın dost və tərəfdaşlardır.

 Almaniya ilə Fransa arasında XIX və XX əsrlərdə baş verən müharibələr milyonlarla insanın həyatına son qoydu. İkinci Dünya müharibəsi isə insanlıq tarixinin ən böyük faciələrindən biridir. Faşıst Almaniyasının həyata keçirdiyi sistemli qətliam nəticəsində təxminən altı milyon yəhudi öldürüldü. Tarixə Holokost kimi düşən bu cinayət insanlıq dramasıdır. Buna baxmayaraq, müharibədən sonrakı dövrdə Almaniya həm yəhudi xalqı, həm də Avropa dövlətləri ilə barışıq siyasətini seçdi, törədilmiş cinayətləri etiraf etdi və bu gün sülhün qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni qayda ilə, Almaniya ilə Rusiya arasında da XX əsrdə görünməmiş dağıntılar yaşanıb. Hər iki tərədən milyonlarla insan həyatını itirdi, şəhərlər viran edilib, ailələr dağılıb. Sonrakı onilliklərdə isə iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq etməyə çalışıb və Avropanın sabitliyində mühüm rol oynayan münasibətlər formalaşıb. Son illərdə bu münasibətlər yenidən gərginləşsə də, tarix göstərir ki, dövlətlər arasında münasibətlər dəyişə bilir və bugünkü qarşıdurmalar da əbədi deyil”. 

V. Əfəndiyev qeyd edib ki, bizim region da uzun illərdir münaqişələrin və qarşıdurmaların ağır təsiri altında yaşayır:

“Azərbaycan ilə Ermənistan arasında XX əsrin əvvəllərindən etibarən formalaşan dərin etimadsızlıq və düşmənçilik Qarabağ münaqişəsi ilə daha da dərinləşdi. Bu münaqişə on minlərlə insanın həyatına son qoydu, yüz minlərlə insanın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb oldu. Lakin bütün bu ağrılı tarixə baxmayaraq, bölgədə davamlı sülhün bərqərar olması hər iki xalqın gələcəyi və rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan ilə Rusiya münasibətləri də tarixən həm əməkdaşlıq, həm də gərginlik dövrləri yaşamışdır. Buna baxmayaraq, coğrafiya dəyişmir. Qonşu dövlətlər arasında sabit və qarşılıqlı hörmətə əsaslanan münasibətlər regionun təhlükəsizliyi və iqtisadi inkişafı üçün vacib amildir. Qarşılıqlı etimadın möhkəmlənməsi gələcək nəsillərin maraqlarına xidmət edir.  

Azərbaycan türkləri ilə İran cəmiyyətinin, xüsusilə farslarla münasibətlərində də tarixdən gələn qarşılıqlı inamsızlıq mövcuddur. Bu münasibətlər müxtəlif siyasi və tarixi hadisələrin təsiri ilə formalaşıb. Lakin xalqları bir-birindən ayıran nifrət deyil, onları yaxınlaşdıran ortaq maraqlar olmalıdır. Gələcəkdə İranda baş verə biləcək siyasi dəyişikliklər fonunda Azərbaycan ilə İran arasında qarşılıqlı hörmətə, mehriban qonşuluğa və əməkdaşlığa əsaslanan yeni münasibətlər qurulacağına ümid etmək üçün əsaslar vardır. Tarix bizə öyrədir ki, əbədi düşmən yoxdur, əbədi olan yalnız xalqların rifahı və sülhə olan ehtiyacıdır. Keçmişi unutmaq olmaz, lakin gələcəyi də yalnız keçmişin acıları üzərində qurmaq düzgün seçim deyil. Böyük xalqlar tarixdən qisas almağı deyil, tarixdən dərs almağı bacaran xalqlardır. XXI əsrdə regionumuzun da inkişaf yolu qarşıdurmadan deyil, qarşılıqlı hörmət, əməkdaşlıq və davamlı sülhdən keçir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri