BöyükşorPirşağı yolunun açılışı oldu Fotolar + Yenilənib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə, Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
“Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb”, - məlumatda deyilir.






***10:15
Prezident İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

BöyükşorPirşağı yolunun açılışı oldu Fotolar + Yenilənib
07 Noyabr 2024 12:39
Prezident BöyükşorPirşağı yolunun açılışını etdi FOTOLAR (YENİLƏNİB)
07 Noyabr 2024 12:14
Prezident BöyükşorPirşağı yolunun açılışında FOTOLAR
07 Noyabr 2024 12:40
Prezident BöyükşorPirşağı yolunun açılışında FOTOLAR (Yenilənib) AzPolitika onlayn siyasiictimai qəzet
07 Noyabr 2024 16:56
Prezident BöyükşorPirşağı yolunun açılışını etdi FOTOLAR
07 Noyabr 2024 10:58

