Icma.az
close
up
RU
Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları

Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrün əsas bəlalarından biri də fiziki əmək tələb edən işlərin azalması və kütləvi olaraq insanların oturaq həyat tərzi keçirməsidir.

Bu səbəbdən insanların böyük əksəriyyəti boyun, bel və oynaq ağrılarından əziyyət çəkir. Bəs görəsən, əsas səbəblər nədir və bu ağrılardan necə qurtulmaq olar?

Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan tanınmış həkim Seyfəddin Əsəd bildirdi ki, bel, boyun, oynaq ağrılarının əsas səbəbi çox oturmaq və hərəkətsizlikdir: "Eyni standart vəziyyətdə  saatlarla durmaq çox zərərdir. Bundan başqa, düzgün qidalanmamaq, orqanizmdə maddələr mübadiləsinin pozulması da ağrılara səbəb ola bilər. Səbəblərdən biri də Azərbaycanda insanların duzu normadan ən azı 5 dəfə artıq gündəlik istifadə etməsidir. İnsanlar duzlu pomidora yenidən duz səpir, xiyar özü duzludur, ona duz tökürük və qədərindən artıq istifadə edirik. Bu ağrılardan qurtulmağın yolu yapon alimi Katsudzo Nişinin hərəkətləridir. Bununla yanaşı, düzgün qidalanmaq və duzdan az istifadə, qırmızı ətdən daha çox meyvə və tərəvəz, qoz-fındığa üstünlük vermək lazımdır.  Gündəlik olaraq çox hərəkətdə olmaq lazımdır. Artıq çəkidən qurtulmaq da önəmlidir".

Həkimin sözlərinə görə, bəzi şəfalı bitkilərdən də istifadə etmək olar: "Oynaq ağrılarının, boyun və bel ağrılarının müalicəsində qatırquyruğu, dazıotu, daşyarpızı, itburnu meyvəsinin dəmləməsi və arı ilə müalicə effektlidir. Zəli və qurbağa ilə müalicə də çox yaxşı effekt verir".

Ən dəhşətli məqam isə odur ki, bu ağrılardan əziyyət çəkənlərin yaş həddi getdikcə gəncləşir. Ekspertlər hesab edir ki, yaş irəlilədikcə degenerativ onurğa xəstəlikləri olaraq bilinən bir qrup xəstəliklər meydana gəlir. Onurğada duz yığılması, oynaq xəstəlikləri sinirlərə təsir göstərir. Bel və boyun ağrıları isə insanların gündəlik həyatına təsir göstərir. Müalicə edilmədikdə müxtəlif və daha ciddi problemlərə səbəb olur.

Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bəzən mədə, dalaq, qaraciyər və öd kisəsi problemləri zamanı da beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mədə fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı təsir göstərir, nəticə etibarilə bel ağrısının qarşısını alır.

Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmamasına xüsusilə fikir verməlidir.

Həkim Füzuli Hüseynov isə yazır ki, oynaq ağrılarının səbəbləri müxtəlifdir, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya - əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir.

Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondrozdur. Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır. Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri