Icma.az
close
up
RU
Boz divarlardan canlı hekayələrə TikTok da rəssamların möcüzələri

Boz divarlardan canlı hekayələrə TikTok da rəssamların möcüzələri

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səssiz və boz divarlar, çox vaxt diqqətdən kənarda qalır. Amma bəzən bir fırça toxunuşu, bir damcı rəng bu cansız fonlara həyat gətirir. TikTok-un rəngarəng dünyasında isə bu sehrli toxunuşları edən, öz unikal üslubu və yaradıcılığı ilə seçilən rəssamlar var. Onlar sadəcə divar boyamırlar — hər rəngdə bir hiss, hər xətdə bir hekayə gizlədirlər. Bu rəssamların paylaşımları izləyiciləri yalnız gözəlliklə tanış etmir, həm də yaradıcılığın gücünü hiss etdirir. Onlar TikTok hesablarında çəkilişdən əvvəlki boş divarı, ideya mərhələsini, boyama prosesini və yekun əsəri paylaşaraq hər işin arxasındakı əməyi, sevgini və peşəkarlığı göstərirlər. Bu yazıda, boz fonları canlı sənət əsərlərinə çevirən, TikTok-da ilham qaynağına çevrilmiş həmin istedadlı yaradıcıların işlərinə nəzər salacağıq.

Divarlara və kətanlara həyat verən rəssam - @artbyzara_n

Zəhra Novruzova — divar, kətan üzərində rəsm və müxtəlif texnikalardan, o cümlədən Epoxy sənətindən istifadə edərək bədii əsərlər yaradan çoxistiqamətli bir rəssamdır. Onun yaradıcılıq sahəsi olduqca genişdir: portretlər, mənzərə rəsmləri, barelyef tablolar, divar rəsmləri, mərmər effekti ilə işlənmiş dekorlar və Epoxy texnikası. Bundan əlavə, Zəhra rəsm dərsləri keçirərək öz sənət təcrübəsini paylaşır. O, təkcə tamamlanmış əsərlərini deyil, hər bir işin yaranma prosesini — ilkin ideyadan son fırça toxunuşuna qədər — izləyiciləri ilə bölüşür. Bu yanaşma onun TikTok videolarını həm estetik baxımdan zəngin, həm də yaradıcı prosesə yaxın hiss etdirir. Zəhranın TikTok hesabında ən çox maraq doğuran işlərindən biri divarda uzun müddət ərzində çəkdiyi retro avtomobil təsviri, digəri isə zərif və füsunkar qadın obrazıdır. Hər iki əsər peşəkarlığı və detallara verdiyi diqqət ilə seçilərək izləyicilərin böyük rəğbətini qazanıb.

1 milyon baxış toplamış qurd təsvirinin müəllifi— @elmeddin_ressam

Rəssam Elməddin divar rəssamlığı və aeroqrafiya sahəsində özünəməxsus üslubu ilə tanınır. O, mənzil, restoran, ofis kimi müxtəlif məkanların divarlarında möhtəşəm, dərin mənalı və estetik baxımdan təsirli əsərlər yaradır. İşlərinin yalnız yekun nəticəsini deyil, ərsəyə gəlmə prosesini də videoya alaraq izləyiciləri ilə bölüşür. Bu yanaşma ona böyük auditoriya marağı qazandırıb. Hətta bəzi izləyicilər onun hesabını “ruhun dincəldiyi səhifə” kimi xarakterizə edirlər. Ən çox baxış toplayan işlərindən biri — 1 milyondan artıq izlənmiş divarda çəkilmiş qurd təsviridir. Digər məşhur əsərlərindən biri isə 243 min baxış toplamış ecazkar qadın portretidir. Elməddinin yaradıcılıq mövzuları olduqca rəngarəngdir: qadın obrazları, təbiət mənzərələri, vəhşi heyvanlar, məşhur futbolçu və idmançı simaları onun əsərlərində tez-tez yer alır. Onun TikTok paylaşımları həm sənətkarlığı, həm də izləyiciyə ötürdüyü hissləri ilə seçilir və divar sənətinə marağı olan hər kəs üçün ilham mənbəyinə çevrilir.

Məkanlara zəriflik bəxş edən sənətçi - @wallart.turan

Turan Nazirova — kətan üzərində bədii əsərlər yaradan, şagirdlərinə rəsm sənətini öyrədən, lakin ən çox TikTok izləyiciləri arasında divar rəssamı kimi tanınan istedadlı sənətçidir. Onun yaratdığı divar rəsmləri incəliyi, rənglərin harmoniyası və mövzularının zərifliyi ilə seçilir. Gül, ağac və qadın təsvirləri onun işlərinin əsas mövzularıdır və hər biri sanki divarlara həyat və ruh bəxş edir. TikTok hesabında Turan, paylaşımlarında yalnız nəticəni deyil, yaradıcı prosesin hər mərhələsini göstərərək izləyicilərlə daha dərin bağ qurur. Onun işləri minlərlə baxış toplayır, zərif fırça toxunuşları və estetik üslubu isə izləyicilərin yaddaşında qalır. Pilates mərkəzi üçün çəkdiyi qamətli qadın təsviri, həm mövzu seçimi, həm də estetik ifadəsi ilə böyük maraq doğurub. Turan Nazirova sənəti ilə məkanlara yeni nəfəs gətirir, divarları sadəcə fon deyil, bir hekayə daşıyan canlı sənət əsərinə çevirir.

Mədəniyyəti divarlarda yaşadan rəssam - @ressamomerov

Rəssam Ömərov TikTok-da əl işləri - zövqlü divar rəsmləri ilə tanınır. Onun yaratdığı əsərlərə baxanda yalnız “möhtəşəmdir” və “mükəmməldir” demək gəlir insanın ürəyindən. Restoran, ev və müxtəlif obyektlərin sadə divarlarını sənət əsərinə çevirən Ömərovun işləri sanki divarı canlandırır, rəsmlər isə insanla ünsiyyət qurur…İstənilən mövzunu əhatə edən divar rəsmlərinə rast gəlmək mümkündür: Şərq və Qərb üslubları, milli motivlər və müxtəlif mövzulu kompozisiyalar izləyicilərin zövqünü oxşayır.

Onun TikTok hesabında iki əsər xüsusilə seçilir və yaradıcılığının şah əsərləri adlandırıla bilər: biri, 80 min baxış qazanmış kofe məkanı üçün çəkdiyi qadın obrazı, digəri isə məşhur “Təhminə” filmindən ilhamlanaraq yaradılmış təsirli səhnədir. 

Bir sözlə, bu dörd istedadlı rəssam - TikTok-da divar sənətinə yeni nəfəs gətirir, boz, sadə divarları rəng, ruh və hekayələrlə canlandırırlar. Onların yaratdıqları əsərlər təkcə məkanları gözəlləşdirmir, həm də izləyicilərə ilham verir, sənətin gündəlik həyatımızın ayrılmaz hissəsi olduğunu xatırladır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see257

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see252

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see208

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see142

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see135

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see134

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see129

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see122

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see121

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri