Icma.az
close
up
RU
Boz Qurd İstanbulda: Növbəti simpozium Azərbaycanda gerçəkləşə bilər

Boz Qurd İstanbulda: Növbəti simpozium Azərbaycanda gerçəkləşə bilər

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin dekabrın 10-u və 11-də İstanbulda keçirilən I Beynəlxalq Türk Dünyası “Boz Qurd” simpoziumu başa çatıb.

525.az sherg.az-a istinadən xəbər verir ki, Türk dünyasının və mediasının diqqət mərkəzində olan bu əhəmiyyətli elmi toplantıda 50-dən çox alim, araşdırmaçı və sənət bilicilərinin məruzələri dinlənilib, Boz Qurd simvolunun tarixi, mədəni, mifoloji, arxeoloji və ictimai əhəmiyyətinin aktuallığı diqqət mərkəzinə gətirilib.

Simpozium Türk Ocaqları Genel Mərkəzinin və son üç ildə Türk dünyası ilə bağlı bir çox layihələrə dəstək verən “İlteriș” Vəqfi tərəfindən təşkil edilib. Bu beynəlxalq elmi-ideoloji toplantıda Azərbaycandan tanınmış türkoloq alim, professor Firudun Ağasıoğlu, Azərbaycan Türk Ocağı sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, gənc doktorant Nərmin Sadəddinli iştirak edib.

Simpoziumun təşkilini və elmi əhəmiyyətini “Sherg.az”a şərh edən Akif Aşırlı bildirib ki, Türk dünyasının birliyi və vəhdəti yolunda son illər bir çox işlər görülüb, toplantılar, simpoziumlar və konfranslar keçirilib. İstanbulun Maltepe Küçükyalı bölgəsində keçirilən “Boz Qurd” simpoziumu təşkilati, elmi-akademik əhəmiyyəti baxımından və alimlərin iştirak coğrafiyasına görə digər toplantılardan fərqlənib.

A. Aşırlı qeyd edib ki, 1912-ci ildən bu günədək emblemində və ideoloji yönündə Boz Qurdu qoruyan Türk Ocaqları tarixdən bu günədək türklərin bu müqəddəs dəyərini siyasiləşdirmədən yaşatmağa nail olub. Türk Ocaqları Genel Mərkəzinin başqan yardımçısı professor Ayşə Filizin bu yaxınlarda çapdan çıxan “Kurtname” kitabının da bu elmi konfrans və simpoziumlara vəsilə olduğunu vurğulayan A. Aşırlı əlavə edib ki, qarşıda Türk Ocaqlarının görəcəyi işlər çoxdur.

A. Aşırlı bildirib ki, tədbirdə qərara alınıb: “Boz Qurd” simpoziumu hər il bir Türk dövlətində keçirilsin. Növbəti simpoziuma Azərbaycanın ev sahibliyi etmək haqqı və imkanları olduğunu qeyd edən A. Aşırlı deyib: “Türklərin yaranışı, mübarizəsi və var olma ənənəsinin simvolu olan Boz Qurd bütün türkləri bir araya gətirən milli-tarixi dəyərdir. Bütün türklərin şifahi tarixində, ədəbiyyatında, poeziyasında Boz Qurd simvolu mövcuddur”.

Simpoziumun yekun dəyərləndirilməsində qərarlaşdırılan mühüm bir məsələyə diqqət çəkən A. Aşırlı bildirib ki, gələcəkdə “Boz Qurd və Türk Simvollarının Araşdırma Mərkəzi”nin yaradılması tövsiyə olunub.

A. Aşırlı sonda əlavə edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr öz dövlət mərasimlərində, Ergenekon və Novruz bayramlarında Boz Qurd simvolundan istifadə etsələr, daha yaxşı olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri