Icma.az
close
up
RU
BP AGT rəhbərliyində yeni təyinatlar olub Xəbər saytı Son xəbərlər və Hadisələr

BP AGT rəhbərliyində yeni təyinatlar olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

BP Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.

BAKU.WS "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.

Yeni vəzifəsində Ç. Hacıyev BP-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini BP-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə BP-nin qlobal komandasını təmsil edəcək.

Hazırda Ç. Hacıyev Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində BP-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.

Ç. Hacıyev BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və "Azəri-Çıraq-Günəşli" üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.

Ç. Hacıyev Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var. Ailəlidir, iki övladı var.

Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilat üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə Stüart BP-nin London ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.

Yeni vəzifəsində S. Şou AGT regionunun biznes rəhbərliyinin üzvü olacaq.

Hazırda S. Şou BP Qrupunun hasilat, inteqrasiya və transformasiya üzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilat strategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatı idarəetmə bölümünə rəhbərlik və BP-nin qlobal biznesləri üzrə hasilatın optimallaşdırılması və yüksək standartların təmin edilməsi daxildir.

S. Şou BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.

Hazırkı vəzifəsindən əvvəl S. Şou BP-nin Şimalı Afrika biznesində hasilat üzrə vitse-prezident vəzifəsində çalışıb.

S. Şounun Mançester Universitetindən magistr dərəcəsi var.

Ailəlidir, iki övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see577

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see250

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see245

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see149

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see143

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see141

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see138

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see135

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see131

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see131

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see130

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see129

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see127

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see123

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri