Icma.az
close
up
RU
bp Azərbaycanla bağlı kitabalbomun təqdimatını keçirib

bp Azərbaycanla bağlı kitabalbomun təqdimatını keçirib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bu gün bp müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və veb-saytın ictimaiyyətə təqdimatını keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub. Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

Kitab-albom üç, Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 min əsərlik yaradıcılıq kolleksiyasından seçilib. Bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, ilk dəfə Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq. Bu kitab bir daha incəsənət sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır. bp Azərbaycanın həm dünyaşöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur.

Qeyd edək ki, bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə bp-nin hədiyyəsidir. Yeni təqdim olunmuş veb-sayt (www.az-art.gallery) artıq ictimaiyyətə açıqdır.

Kitab və veb-saytın hazırlanması, nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 85 min 300 manat (50200 dollar) təşkil edib.

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən icra olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see321

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see308

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see276

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see256

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see236

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see233

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see230

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see227

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see223

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see220

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see209

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see209

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see205

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see189

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see185

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see180

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see178

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see178

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see176

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri