Icma.az
close
up
RU
BP bu ilin sonunda AÇG nin “Dərin qaz” laylarından ilk qaz hasilatına başlamağı planlaşdırır

BP bu ilin sonunda AÇG nin “Dərin qaz” laylarından ilk qaz hasilatına başlamağı planlaşdırır

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Britaniya şirkəti “BP Plc” bu ilin sonunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun “Dərin qaz” ("deep-gas") laylarından ilk qaz hasilatına başlamağı planlaşdırır.

Bu barədə “Report”un sualını cavablandırarkən “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.

"Ötən il "Qərbi Çıraq" platformasından başlanan ilk istismar quyusunun qazılması hələ də davam edir. Qazma işləri bu ilin ikinci-üçüncü rübündə başa çata bilər. Lakin işlər başa çatdıqdan sonra belə quyu dərhal istismara verilməyəcək, çünki quyunun bu qazın sahilə çatdırılacağı mövcud infrastruktura qoşulması üçün işlər görülməlidir. Bunun üçün platformada çoxlu avadanlıq quraşdırılmalıdır və bu vaxt aparacaq. Ona görə də “deep-gas” çərçivəsində ilk qaz 2025-ci ilin sonuna gözləmək olar", - T.Bayatlı bildirib.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişə ikinci əlavəni 2024-cü il sentyabrın 20-də Bakıda imzalayıblar. Bu da blokun dərin yataqlarından qaz hasilatını nəzərdə tutur. Yeni sənəd HPBS (Hasilatın pay bölgüsü sazişi) kimi 2049-cu ilə qədər qüvvədə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri