Icma.az
close
up
RU
BP nin ölkəmizdə sosial missiyası

BP nin ölkəmizdə sosial missiyası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Şirkət və tərəfdaşları ixrac kəmərləri boyunca 3 layihəni başa çatdırıb

BP şirkəti “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz boru kəməri” layihələrindəki tərəfdaşları olan “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş daha 3 sosial layihənin uğurla başa çatdığını elan edib.

Layihələr BP və tərəfdaşlarının yerli icmaları dəstəkləmək, ölkənin təhsil və texnologiya sahəsində inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir. Hər üç layihənin uğurla başa çatmasını qeyd etmək üçün BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkət və tərəfdaşlarının bir qrup nümayəndəsi ilə birlikdə 14–16 aprel tarixlərində Kürdəmir, Gəncə və Tovuza səfər edib.

BP və tərəfdaşlarının boru kəmərləri boyunca güclü və dayanıqlı icmaların formalaşması üçün öz dəstəklərini davam etdirdiklərini bildirən B.Aslanbəyli deyib: “Ölkənin dayanıqlı gələcəyinə birlikdə töhfə vermək istəyimizə uyğun olaraq, icmalara bu davamlı dəstəyimiz onların rifahının və inkişafının təmin edilməsinə xidmət edir. İnanırıq ki, bu gün uğurunu qeyd etdiyimiz hər 3 layihə əməliyyatlarımızın qonşuluğunda yerləşən icmaların rifahına və inkişafına ciddi dəstək olacaq”.

Qeyd edək ki, sosial layihələrin birincisi “Məcburi köçkünlər üçün peşə bacarıqlarının inkişafı” proqramı adlanır. Layihə 30 illik işğaldan sonra öz evlərinə qayıdan Qarabağdan olan məcburi köçkünləri peşə bacarıqları ilə təmin etməklə onların gəlir imkanlarını artırmaq məqsədi daşıyır. Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulmuş layihə çərçivəsində icra olunmuş proqramda iştirak edən 25 qadın məcburi köçkün xüsusi təlim keçməklə dərzi və vizajist peşələri üzrə sertifikatlar alıblar. Peşə təlimi ilə yanaşı, iştirakçılara biznesin idarə edilməsi və inkişafı metodları da öyrədilib.

Yeri gəlmişkən, Azərbaycan hökumətinin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, layihə məcburi köçkünlərin azad edilmiş torpaqlarda evlərinə qayıdaraq firavan və dayanıqlı həyat qurmalarını nəzərdə tutan “Böyük Qayıdış” təşəbbüsünü dəstəkləyir. İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin dəyəri 77 min 90 manat (təxminən 45 min 347 ABŞ dolları) təşkil edib. “Gəncə Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində potensialın artırılması” layihəsinin məqsədi isə dövlət və özəl sektordan olan şəxslər və təşkilatlar da daxil olmaqla müxtəlif maraqlı tərəflərin kibertəhlükəsizlik risklərinə qarşı mübarizə aparmaq üçün bilik, bacarıq və səriştələrlə təmin edilməsidir. Layihə çərçivəsində Gəncə Texnologiya Universitetində yeni elmi-metodoloji tədqiqat və təlim mərkəzi yaradılıb ki, bu da universitetlə yanaşı, bütövlükdə, Gəncə-Qazax iqtisadi regionunun kibertəhlükəsizlik potensialını artırmağa xidmət edəcək. Sözügedən layihənin dəyəri zəruri avadanlıq və proqramların alınması da daxil olmaqla 72 min 200 manatdan (42 min 475 dollar) çoxdur.

“Tovuz rayonunda ənənəvi su mənbələrinin bərpası” layihəsi isə BP şirkəti tərəfindən icra olunub. 2024-cü ildə kəhriz ustalarının – kankanların təlimi ilə başlayan layihənin əsas məqsədi Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında yerləşən Dovşanlı və Məhəmmədağalı kəhrizlərinin bərpası vasitəsilə təmiz suya çıxışın azalması problemini həll etmək idi. Həmin ilin iyun ayında hər iki kəhriz sisteminin təmizlənməsi və sabitləşdirilməsi üçün bərpa işlərinə başlanıb. İşlərin uğurla başa çatdırılması nəticəsində, təxminən, 15 min nəfərdən ibarət Aşağı Quşçu icması təmiz su ilə təmin edilib.

Dovşanlı kəhrizinin suyu boru sistemləri vasitəsilə kəndə yönəldilib və hazırda məişət ehtiyacları üçün istifadə olunur. Məhəmmədağalı kəhrizinin suyu isə kəndin əkin sahələrinə yönəldilib və 636 hektar icma torpaqlarının suvarılması üçün istifadə edilir. Puls-R MMC tərəfindən həyata keçirilən layihənin ümumi dəyəri 1 milyon 282 min 227 manat (754 min 251 dollar) təşkil edib. Layihə “İcma tərəfindən idarə olunan su sistemləri” proqramının bir hissəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri