Icma.az
close
up
RU
bp nin “yaşıl” təhsil layihəsi

bp nin “yaşıl” təhsil layihəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən bp şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpaolunan enerji laboratoriyası hədiyyə edib. Bu, şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir. Laboratoriyanın yaradılması bp-nin bərpaolunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.

Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və bp arasında yerli universitetlərin birində bərpaolunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca bp ilə ADNSU arasında bərpaolunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb və nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpaolunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.
Yeni laboratoriya bərpaolunan enerji sahəsində üç əsas istiqamət olan günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemləri ilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadə etməklə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı yaradır.
Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək edəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi həmçinin ­bərpaolunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan verir.
Layihə çərçivəsində bp laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Bura İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbi yardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir. 
Laboratoriyanın açılış mərasimində çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir. ­Bərpaolunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək.” 
bp-nin magistr proqramına dəstəyi bərpaolunan enerji laboratoriyasının yaradılması və müvafiq infrastruktur və avadanlığın təmin edilməsindən əlavə bir sıra mühüm fəaliyyətləri də əhatə edib. Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və professor-müəllim heyətinin inkişafına yönəlmiş tədbirlərə ADNSU-nun akademik heyətinin 45 üzvü üçün ingilis dili təlimləri və Uorik Universiteti ilə bilik və təcrübə mübadiləsi imkanlarının yaradılması daxildir. Bununla yanaşı, proqram üzrə, ümumilikdə, 70 nəfər tələbədən ibarət birinci və ikinci tədris qruplarına dəstək, o cümlədən qonaq professorların iştirakı və ­ADNSU tələbələri üçün Böyük Britaniyada yay məktəbi proqramına qatılmaq imkanı yaradılıb.
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri