Icma.az
close
up
RU
BP “Qarabağ“ yatağının işlənilməsinə dair planlarını açıqlayıb

BP “Qarabağ“ yatağının işlənilməsinə dair planlarını açıqlayıb

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BP şirkəti iki mərhələli seysmik tədqiqatlar aparıldıqdan sonra "Qarabağ" yatağının mənimsənilməsi proqramının hazırlanmasına başlayacaq.

Bu barədə Moderator.az-a BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağının işlənməsi ilə bağlı risk servis sazişi üzrə operatordur.

B.Aslanbəyli qeyd edib ki, il ərzində şirkət yataq üzrə hazırlıq işlərini həyata keçirib və ilin sonundan başlayaraq genişmiqyaslı seysmik proqram reallaşdırılacaq:

"Bu seysmik proqram iki hissədən ibarətdir. Bunlardan biri dəniz dibi sensor qovşaqlardan istifadə edilməklə həyata keçiriləcək seysmik proqramdır. Digəri isə yüksək dəqiqlik və ultrayüksək həssaslıqlı sensorlarla aparılan seysmik proqram olacaq. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım - dörd ay davam edəcək".

Onun sözlərinə görə, ikinci proqram birincisi başa çatdıqdan sonra (təxminən mart-aprel aylarında) başlayacaq və 45 gün davam edəcək.

"Nəticədə, birinci seysmik proqramın nəticələrinə əsasən yataq haqqında geniş məlumatlar əldə etməyi, həmçinin geoloji qatların vəziyyəti haqqında mövcud məlumatlarımızı dəqiqləşdirməyi planlaşdırırıq. İkinci proqram isə mövcud riskləri qiymətləndirməyə və işlənmə proqramının həyata keçirilməsi və platformaların quraşdırılması zamanı gələcəkdə yarana biləcək potensial riskləri əvvəlcədən müəyyən etməyə imkan verəcək. Yalnız bundan sonra yatağın işlənmə proqramı hazırlanacaq, Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) tərəfdaşlara təqdim ediləcək və təsdiqlənməsindən sonra bu proqramın həyata keçirilməsi üzrə işlərə başlanacaq. Vacib məqam odur ki, "Qarabağ" yatağında hasilat "Azəri-Çıraq-Günəşli" yatağının artıq mövcud olan infrastrukturu ilə əlaqələndiriləcək, onun həm ixrac boru kəməri şəbəkəsindən, həm də mövcud hasilat infrastrukturundan istifadə edərək vahid sistem yaradacaq", - B.Aslanbəyli bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP SOCAR ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən "Qarabağ" yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

İlkin qiymətləndirmələrə görə, "Qarabağ" yatağında neftin geoloji ehtiyatları 60 milyon tondan çoxdur, bunlardan 21 milyon ton neft və 13 milyard kubmetr qaz çıxarıla bilən hesab olunur.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, "Qarabağ" dəniz neft yatağında pik hasilat sutkada 7,5 milyon barel, illik hasilat isə pik nöqtədə 2,7 milyard bareldən çox olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri