BP “Şahdəniz” üzrə “Lukoil” ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BP sanksiyalar fonunda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsi çərçivəsində Rusiyanın “Lukoil” şirkəti ilə əməkdaşlıq məsələsinə aydınlıq gətirib.
“APA-Economics”in xəbərinə görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli neft-qaz sahəsi üzrə ixtisaslaşan media nümayəndələri ilə görüşü zamanı bildirib ki, şirkət beynəlxalq sanksiyalara riayət olunmasını təmin etmək üçün İranın NICO şirkəti ilə olduğu kimi, bu kontekstdə də "Lukoil" ilə də əməkdaşlıq edir.
Ciovanni Kristofoli qeyd edib ki, sanksiyalar "Lukoil"a təsir etdikdə, BP SOCAR, "Lukoil", Avropa İttifaqı və ABŞ ilə birlikdə saziş və iş mexanizmi hazırlamaq üçün çalışıb.
"Bu razılaşma "Şahdəniz"dəki əməliyyatların sanksiyalara tam uyğun şəkildə davam etməsinə imkan verir", - regional prezident bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Mart 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















