Icma.az
close
up
RU
bp və ADA Universiteti sosial layihəni uğurla başa çatdırıb

bp və ADA Universiteti sosial layihəni uğurla başa çatdırıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün bp ADA Universiteti və ADA Universiteti Fondu ilə birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsün uğurla tamamlandığını elan edib.

bp-dən XQ-yə bildirilib ki, bu münasibətlə ADA Universitetinin Qazax Mərkəzində keçirilən tədbirdə layihə ilə bağlı məlumat verilib.

Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını almağa kömək edəcək.

Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi üzrə geniş təlim proqramı hazırlanıb. Ümümilikdə 40 saatdan ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60 müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.

Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə aparılmış və hər qrupun dərsləri həftə sonları həm əyani, həm də onlayn rejimdə keçirilməklə iki ay davam etmişdir.

Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də yaradılıb. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.

“İcmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Əqli sağlamlıq uşaqların rifahının vacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdən əvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsini formalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkən müdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığı artırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklə daha sağlam tədris mühitinin formalaşmasına və icmaların uzunmüddətli rifahına töhfə verməkdir”,- deyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov deyib.

“Bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi, həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə vermək üzrə uzunmüddətli öhdəliyimizi əks etdirir. Davamlı əməkdaşlığa və birgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərə böyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzü bildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdə cəmiyyət üçün daha da böyük faydalar gətirməkdir”,- deyə ADA Universiteti Fondunun prezidenti Natiq Haciyev bildirib.

Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp-nin layihəyə töhfəsi 240 min 488 manat (141 min 464 dollar) təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri