bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təxminən 0,6 milyon dollar vəsait xərcləyib.
Bu barədə AZƏRTAC-a bp şirkətindən bildirilib.
“Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
İlin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,6 milyon dollar vəsait xərcləyib. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən 19 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə cari ilin birinci yarısında təxminən 0,9 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 5 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 34 layihə daxildir”, - deyə şirkətin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 06 Avqust 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















