Icma.az
close
up
RU
Branimir Subaşiç: Millinin, futbolçuların, azarkeşlərin buna ehtiyacı var

Branimir Subaşiç: Millinin, futbolçuların, azarkeşlərin buna ehtiyacı var

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç Apasport.az saytına müsahibə verib. O, yığma komandamızın baş məşqçisi Fernandu Santuşun istefaya göndərilməsi və hazırkı durumu ilə bağlı danışıb.

- Dünən Fernandu Santuş Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərildi. Yəqin ki, belə olacağını ehtimal etmişdin?
- Həqiqətən də, vəziyyətin çox gərgin olduğu görünürdü. Fernandu Santuşla milli heç nə edə bilmədi. Nə qədər qalib gələ bilmədilər? Vəziyyət çox pis idi. Hər halda, Santuşun istefaya göndərilməsi tam olaraq gözlənilən idi. Sadəcə düzgün vaxtın gəlməsini gözləyirdilər. Elə alındı ki, İslandiya ilə görüşdən sonra reallaşdı. 

- Santuşun rəhbərliyi altında milli nə normal oyun göstərə bildi, nə də nəticə. Bu təyinata yalnız vaxt itkisi demək olardı?
- Santuş Portuqaliya millisində Avropa çempionu olmuşdu. Hər halda, bu cür məşqçinin Azərbaycan millisində uğursuz olacağını gözləmirdik. Amma geriyə baxdıqda, bəli, Santuşun təyinatını sadəcə vaxt itkisi kimi görmək olar. Çünki stabil oyun olmadı, nəticələr bir kənara. Nəticə olsaydı, əlbəttə ki, postunda qalardı. Lakin yox idi.

- Bu gün isə Azərbaycan millisi Ukrayna önünə çıxacaq. Komandaya müvəqqəti olaraq Ayxan Abbasov rəhbərlik edəcək. Səncə, milli evdə xal qazana biləcək?
- Hazırki çətin dönəmdə milli psixoloji sarıdan da yaxşı durumda olmalıdır. Ümidvaram ki, komanda meydana yüksək motivasiya ilə çıxacaq. Ayxan Abbasova da bu çətin sınaqda uğurlar arzulayıram. Təbii ki, yığmamıza da eynən. Ürəyim milli ilə olacaq. Allah qoysa, uğurlu nəticə qazanarıq. Millinin, futbolçuların, azarkeşlərin buna ehtiyacı var.

- Bəs, millinin baş məşqçi postunda kimi daha uyğun hesab edirsən?
- Bu haqda nəsə demək çətindir. Hər halda, AFFA götür-qoy edib, sonda qərarını verəcək. Amma mən milli komandamıza daha gənc, enerjili birinin lazım gəldiyini düşünürəm. Gözləyək, görək. Yəqin ki, veriləcək qərar Ukrayna matçından da asılı olacaq. Görünən budur ki, milliyə cavan mütəxəssis lazımdır.

- Azərbaycan millisi artıq uzun illərdir ki, uğursuz nəticələr ortaya qoyub. Səncə, səbəb nədir, niyə heç olmasa bir tsikldə komanda uğurlu nəticələr qazanmır?
- Düzünü deyim, bilmirəm. Başa da düşə bilmirəm ki, niyə nəticə yoxdur. Səbəb nədir? Bəzən millinin oyunlarından sonra bu suallar məndə də yaranır. Çox istəyərdim ki, yığmamız uğurları ilə hamımızı sevindirsin. Lakin hələ ki vəziyyət o deyil. Çox təəssüf.

"Səbail" heyətini yeni oyunçu ilə gücləndirib U21 yığmamız Bolqarıstanla üz-üzə - YENİLƏNİR Millimiz Ukraynaya qarşı - YENİLƏNİR Azərbaycan futbolu üçün seçim vaxtı: OLUM, YA ÖLÜM “Sabah” “Neftçi” ilə matçın hazırlıqlarını davam etdirir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri