Icma.az
close
up
RU
Bratislavada əldə olunan razılıqlar dostluq münasibətlərini daha da möhkəmləndirəcək Jalə Əliyeva

Bratislavada əldə olunan razılıqlar dostluq münasibətlərini daha da möhkəmləndirəcək Jalə Əliyeva

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Slovakiyada rəsmi səfərdədir. Dövlət başçısı Bratislavada səfər çərçivəsində slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşüb, birgə bəyanatlar verilib, həmçinin səfər çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Milli Məclisin deputatı Jalə Əliyeva Redaktor.az-a açıqlamasında Azərbaycan liderinin sözügedən ölkəyə səfərini şərh edərkən bildirdi ki, bu səfər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm platforma rolunu oynayır:

"Bratislavada keçirilən yüksək səviyyəli görüşlər zamanı Azərbaycan ilə Slovakiya arasında mövcud tərəfdaşlıq formatlarının daha da genişləndirilməsi, qarşılıqlı investisiya imkanları, sənaye kooperasiyası, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və innovasiya sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində oldu. Slovakiya tərəfinin Azərbaycanın iqtisadi inkişaf modelinə və regional layihələrdə oynadığı roluna verdiyi yüksək qiymət iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirdi".

Millət vəkilinin fikrincə, səfər zamanı aparılan müzakirələr göstərdi ki, Slovakiya Cənubi Qafqaz regionunda Azərbaycanın sabitlik və inkişaf siyasətini dəstəkləyir və strateji layihələrdə iştirakda maraqlıdır:

"Xüsusilə yaşıl enerji, bərpa olunan mənbələrin istifadəsi, ticarət dövriyyəsinin artırılması və biznes forumların təşkili ilə bağlı əldə edilən razılıqlar iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. Prezidentin Bratislava səfəri həm də humanitar müstəvidə tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaratdı. Təhsil, mədəniyyət mübadiləsi, turizm və birbaşa əlaqələrin inkişafı xalqlar arasında daha yaxın münasibətlərin formalaşmasına xidmət edir. Nəticə etibarilə, Slovakiyaya edilən rəsmi səfər Azərbaycan–Slovakiya münasibətlərinin gələcək perspektivlərini müəyyən edən, qarşılıqlı etimada əsaslanan və iki ölkənin milli maraqlarına cavab verən yeni bir əməkdaşlıq səhifəsi açdı. Bratislavada aparılan səmərəli dialoqlar və əldə olunan razılıqlar dostluq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində əhəmiyyətli addım kimi tarixə düşdü".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri