“Bravo” məhsulu üzərində göstərilən qiymətdən baha satıb
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.
Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadla xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da qeyd edək ki, bu il ərzində “Bravo” artıq 3-cü dəfədir eyni qayda pozuntusuna görə cərimələnib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Araz məhsulu üzərində göstərilən qiymətdən BAHA SATIB
18 İyun 2025 16:03
OBA məhsulu göstərilən qiymətdən baha satıb
24 İyul 2025 00:25
“OBA Market” məhsulu göstərilən qiymətdən baha satıb
23 İyul 2025 19:14
Rahat market də məhsul üzərində göstərilən qiymətdən baha satılıb
02 İyun 2025 11:01
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı Məhsulu müştəriyə baha satıb
23 İyul 2025 16:46
Baxış sayı:184
Bu xəbər 11 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















