“Bravo”dan yayılan görüntü müzakirələrə səbəb oldu: şirkətdən açıqlama FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Bravo” marketlər şəbəkəsində yumurtanın satışına məhdudiyyət qoyulduğu bildirilir. İddia edilir ki, bir şəxs maksimum 30 ədəd yumurta ala bilər.
Globalinfo.az məsələ ilə bağlı “Bravo” marketlər şəbəkəsinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, tətbiq olunan məhdudiyyət topdansatış məqsədi daşımır və vətəndaşların yumurtanı rahat şəkildə əldə edə bilməsi üçün nəzərdə tutulub:
“Bravo” olaraq əsas prioritetimiz müştərilərimizin rahat və fasiləsiz alış-verişini təmin etməkdir. Bazarda yumurtanın münasib qiymətlərlə satışı “Bravo” tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə, kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib”.
“Bravo”dan o da bildirilib ki, bu yanaşma sayəsində müştərilər məhsulları rahatlıqla əldə edə bilir və mağazalarda məhsul davamlılığı qorunur:
“Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















